Modern.az

Kataloniya rəhbəri regionun müstəqilliyini haqqında

Kataloniya rəhbəri regionun müstəqilliyini haqqında

10 Oktyabr 2017, 22:28

Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.

Kataloniya rəhbəri Karles Puçdemon bəyan edib ki,  region İspaniyadan ayrılaraq müstəqil dövlət olmağa haqqı var. 

Onun sözlərinə görə, Kataloniya respublika quruluşlu müstəqil dövlət olmalıdır. 

Qeyd edək ki, “Bloomberg” Kataloniya rəhbərinin ictimaiyyət qarşısında regionun müstəqilliyi barədə bəyanat verəcəyi təqdirdə həbs olunacağı barədə məlumat yayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir