Modern.az

Türkiyədə prokuror iş otağında güllələnib

Türkiyədə prokuror iş otağında güllələnib

10 Oktyabr 2017, 23:59

Türkiyənin Antalya vilayətində prokuror iş otağında güllələnib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Korkuteli rayonunda qeydə alınıb. Həmin rayonun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb. Prokurora iş otağında atəş açılıb.

Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. İnsidentlə bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər