Modern.az

Çörəyi çörəkçiyə vermə, çörəyi çörəkçidən al!  

Çörəyi çörəkçiyə vermə, çörəyi çörəkçidən al!   

11 Oktyabr 2017, 09:15

Hər nəsnədən danışırıq ki,kimsə bilmədiyini və yaxud nəyə görəsə deyə bilmədiyini düşünsün... 

 

1. Ailə üzvləri ilə birlikdə şam yeməyi zamanı qalstuku şıxarmağınız məsləhətdir.

2.Adamın bir dədəsi olar. Yad adamla ünsiyyət zamanı ona "dədə" deyə müraciət etməyin.

3.Çörəyi çörəkçiyə vermə, çörəyi çörəkçidən al.

4.Fikirləşəndə ,işdir-şayət, papağını çıxarmalı olsan, papağın yerini bil.

5.Tikəni yeyib qurtarandan sonra əlini çörək qabına uzat.

6.Salamı eşidiləcək tərzdə səsləndir. Sonra elə bilər ki, onu söyürsən.

7.Müraciətdə həddini aşan adamdan uzaq olmaq məsləhətdir.

8.Özündən kiçiklərə də, böyülkərə də "oğlum", "qızım" sözləri ilə müraciət etmə.

9.Zarafatı başa düşməyən adamla dostluq etmək əbəsdir.

10.Pulun olsa da, özünü pullu göstərmə .Sonra kimsə elə başa düşər ki, dədəsinə pul borclusan.

11.Hər mövsümün öz paltarı, hər sözün də söz paltarı.

12.Dünən yediyi yadından çıxıbsa, deməli, yeməyi yaxşı olmayıb.

13.Qapı açılan kimi içəri keçməyə cəhd eləmə.

14.Saxla samanı, gələr zamanı. Bu, o demək deyil ki, yatdığın evə ot-ələf yığasan. Bu saman o samandan deyil.

15.Avtoqraf yazanda sözü sətirdən sətrə keçirmə, "müəllim"  sözünü yönlük halda işlətmə.

16.Salamını almaq istəmirsə, salamına hayıfın gəlsin, ayaq üstə gəzən o adama daha salam vermə.

17.Yol gedəndə yola bax, kola, kolluğa baxma.

18.Şəkil çəkdirəndə şəkli elə çəkdir ki, özün özünə oxşayasan.

19.Xisın-xısın danışma, bu sözün kökü öz sözümüzə oxşamır.

20.Üşaqlarınıza yaxşı səslənən ad axtarın. Bugünkü FİDANı sabah FİDAN NƏNƏ çağırmaq olmayacaq ha...

21.Sözünün yerini bilməyənə elə söz deki, köz kimi olsun, yandırsın, yaxsın.

22.Nisyə maldan qaçın. Nisyə mal baha olur.

23.İşdir-şayət, jurnalist olsanız, başlığı dəfələrlə yoxlayın.

 

Nazim Nəsrəddinov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?