23 fevral 2018, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - “Bazara nəzarət edən qruplar Rəqabət Məcəlləsinin qəbuluna mane olurlar” - MÜSAHİBƏ  
“Bazara nəzarət edən qruplar Rəqabət Məcəlləsinin qəbuluna mane olurlar” - MÜSAHİBƏ  
11.10.2017, 11:11

Vahid Əhmədov: “Bəzi istehsalçılar öz aralarında danışıqlar aparıb, qiymətləri qaldırırlar”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Vahid müəllim, parlament yaxın günlərdə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq. Yeni büdcədən gözləntiləriniz nədir?

- Hesab edirəm ki, 2018-ci ilin büdcəsi müəyyən artımla Milli Məclisə təqdim olunacaq. Mənim aldığım məlumata görə, ümum daxili məhsulda (ÜDM) artım olacaq. Büdcənin həm gəlir, həm də xərc hissəsi 20 milyard manat nəzərdə tutulub. 2017-ci ildə əsaslı vəsait qoyuluşu cəmi 2,5 milyard manat idisə, 2018-ci ildə 4-4,5 milyard manat nəzərdə tutulub. Neftin bir barelinin qiyməti 45 dollar səviyyəsində götürüləcək. Ümumiyyətlə, 2018-ci ilin dövlət büdcəsində artımlar olacaq. Həmçinin, Prezident İlham Əliyev hər zaman sosial sahəyə böyük diqqət yetirir. Büdcənin 30-33 faizi də sosial layihələrə yönləndiriləcək.  Bura müavinətlər, əmək haqqı, pensiyalar və s. daxildir. Bu artım neftin hesabına yox, qeyri-neft sektorunun inkişafı hesabına əldə edilib.

- Parlamentin son iclasında bank rəhbərlərinin Milli Məclisə çağrılması ilə bağlı məsələ qaldırdınız. Amma görünür ki, bank rəhbərləri bu çağırışa əhəmiyyət vermirlər.  Bunun səbəbi nədir?

- Bank sistemi ilə əlaqədar ölkə başçısının da müəyyən iradları var. Yadınızdadırsa,  keçən il Prezident İlham Əliyev hökumətin hesabatında çıxış edərkən dedi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı bank sistemi vurub. Bundan sonra bank sistemində müəyyən islahatlar həyata keçirməyə başladılar. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların diaqnostikasını apardı. Müəyyən banklar bağlandı.  Mən heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışam. Hesab edirəm ki, Azərbaycanda bu qədər bankın olması çoxdur. Bu banklar birləşməlidir. Hazırda ölkədə 43 bankdan 32-si fəaliyyət göstərir. Bu da çoxdur. Azərbaycanda 15-16 bank bəsdir ki, normal fəaliyyət göstərsin. Bu gün bankların sağlamlaşdırılmasından söhbət gedə bilməz. Banklarda yenə də kredit faizləri yüksəkdir, müəyyən problemlər var. Vaxtı keçmiş kreditlərin məbləği keçən il 1,6 malyard manat idisə, hazırda 1,8 milyard manatdan çoxdur. Hələ bu məbləğ artmaqda davam edir. Ona görə də parlamentdə təklif etdim ki, bank rəhbərlərini Milli Məclisə çağıraq. Məsləhətləşmələr aparaq. Onların da müəyyən dərdləri var. Çünki Azərbaycanda 2016-cı ildə gedən iki devalivasiyadan sonra bank sistemində ciddi problemlər yaranıb. İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Azərbaycanda vəsaitlər əsasən infrastruktur layihələrə yönəldilib.  Yəni, su, qaz, elektrik enerjisi, yolların təmirinə və tikintisinə çoxlu vəsaitlər xərclənib. Bununla da dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirib. Amma indi ölkədə bank sistemi işləməlidir. Əhalinin, sahibkarın banklarla bağlı şikayəti olmamalıdır. Hər şeyi dövlətin üzərinə yıxa bilmərik.

- Son zamanlar qiymətlərdə süni və digər yollarla artımlar müşahidə olunur. Sizcə bunun səbəbi nədir?


- Qiymət siyasəti ümumiyyətlə çox ciddi bir problemdir. Düzdür, bu siyasətin aparılmasında müəyyən addımlar atılır. Müəyyən mallar var ki, Tarif Şurası onların qiymətlərini tənzimləyir. Amma elə mallar da var ki, onun qiymətini bazar tənzimləyir. Bazarda da mal çox olanda qiymətlər normal vəziyyətdə olur. Əgər mal çox deyilsə, bəzi istehsalçılar öz aralarında danışıqlar aparıb qiymətləri qaldırırlar. Bu da bazara öz təsirini göstərir. 10 ildən artıqdır ki, mən və həmkarım Əli Məsimli bildiririk ki, Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Rəqabət Məcəlləsinin qəbul olunmasında əsas məqsəd istehsalçılarla istehlakçılar arasında qiymət stabilliyi yaratmaqdır. Mən demirəm ki, bu gün biz Rəqabət Məcəlləsini qəbul etsək, sabah hər şey düzələcək. Amma yeni yaradılacaq orqan bu məsələlərə baxacaq, araşdırmalar aparacaq.

- Sizcə, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu niyə gecikir?

-  Azərbaycanda bazara nəzarət edən müəyyən qruplar var. Onlar bazarı əldən vermək istəmirlər. Ona görə də bu Məcəllənin qəbul edilməsində maraqlı deyillər. Çünki Rəqabət Məəlləsi qəbul edildikdən sonra bazarda rəqabət olacaq. Hər bir sahibkar öz malını satanda problemlə üzləşməyəcək. Ona görə də Rəqabət Məəlləsinin qəbul olunmasına mane olanlar var.  Biz 10 ildir ki, bunu qəbul edə bilmirik. Hazırda cənab prezident bu məcəllənin qəbul edilməsini Strateji Yol xəritəsinə daxil edib. Mütləq bu Məcəllə qəbul olunmalıdır.

- Siz həmkarınız Əli Məsimli ilə “Reklam haqqında” qanun layihəsi hazırladınız. Sənəd parlamentdə qəbul edildi və ölkə başçısı tərəfindən təsdiqləndi. Qanunun icrası sizi qane edirmi?

- Qanun icrası ilə bağlı çox böyük problemlər var.  Bu yaxınlarda cənab prezident Reklam Agentliyinin yaraılması haqqında sərəncam da imzaladı.  Hələ ki, bu agentliyin nizamnaməsi təsdiq olunmayıb. Reklam sahəsindən dövlət büdcəsinə gələn vəsait çox aşağıdır. Haradasa 50-60 milyon manatdır. Amma bu həmin məbləğdən 8-10 dəfə artıq olmalıdır.  Faktiki olaraq müəyyən təşkilatlar və məmurlar reklamlardan gələn gəlirləri mənimsəyirlər.  Düzgün hesabat, statistika vermirlər.  Yəqin ki, yeni agentlik bu işin öhdəsindən gələcək. Amma hazırda qanunun icrası ilə bağlı problemlər var. Biz qanunda özünütənzim mexanizmlərini qurmuşuq.  Burada dövlətin, müəyyən təşkilatların rolunu müəyyən etmişik. Bu gün Azad Reklamçılar İttifaqı var. Amma onlar faktiki olaraq bu sahə ilə bağlı heç nə edə bilmirlər. Çünki bu qanunun icrası ilə əlaqədar müəyyən problemlər var. Daha çox da sponsorlu reklamlarla bağlı problemlər var. Reklam isə mətbuatın və digər sahələrin gəlir mənbəyidir.

 

-Vahid müəllim, bayaq vurğuladınız ki, Azərbaycanda problemli kreditlərinin həcmi 1,8 milyardı ötüb. Demək olar ki, bu kreditləri ödəyən də yoxdur. Bu problem nə zaman həll edilə bilər? Sizin bununla bağlı təklifləriniz nədir?


-
Problemli kreditlər Azərbaycanın maliyyə bazarına çox ciddi təsir edir. Elə bir həddə çatıb ki, bunun üçün ayrıca bir qanun hazırlanmalıdır. Çünki elə kreditlər var ki, onlar qaytarılmayacaq.  Qaytarılmayan kreditlər silinməlidir. Elə kreditlər var ki, banklar ona diqqətlə yanaşmalıdır. Hətta elə kreditlər də var ki, onlara Mərkəzi Bank baxmalıdır. Biz dollarla olan kreditlərlə bağlı təkliflər vermişdik.  Çox təəssüflər olsun ki, həmin təkliflərə reaksiya verilmədi. Dollarla olan kreditləri təkcə əhalinin yox, bankların, dövlətin üzərinə bölüşdürməklə kreditlərin qaytarılmasına müəyyən qədər nail olmaq olar. Bank sistemi üzərində çox ciddi işlər aparılmalıdır. İslahatlara çox böyük ehtiyac var. Banklar əvvəlki kimi işləyə bilməz. Dövlət bu istiqamətdə öz işini görüb. Artıq banklar əhali ilə işləməlidir ki, problemli kredit problemi olmasın.

-Azərbaycan idxaldan asılılıqdan tam azad ola bilərmi? İdxaldan asılılıq müəyyən problemlərin olmasına gətirib çıxarır..

- Elə bir dövlət yoxdur ki, idxaldan tam azad olunsun. Elə məhsul var ki, onu istehsal etməkdənsə idxal etmək daha sərfəlidir. Strateji Yol Xəritəsində əsas məqsəd idxalı azaltmağa yönəlib. Son zamanlar cənab prezident sənaye zonalarının yaradılmasına daha çox önəm verir. Balaxanıda və Sumqayıtda Sənaye Zonası yaradıldı və bir hissəsi istifadəyə verildi.
Sumqayıtda kimya və gübrə ilə əlaqədar digər müəsissələr istifadəyə veriləcək. Burada əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etsin və yeni iş yerləri yaradılsın.

 

-2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bəzi iddialar var ki, bununla bağlı şimaldan və ya Qərbdən Azərbayaca təzyiqlər artıb.  Bəs siz necə hesab edirsiniz?

- Həmişə Azərbaycana seçkilər ərəfəsində müəyyən təzyiqlər və təhdidlər olur. Hər bir dövlət istəyir ki, onun siaysətinə uyğun olan şəxsi gətirib Azərbaycanda  hakimiyyətin başına qoysun. Mən deyə bilmərəm ki, belə hallar bu dəfə Azərbaycanda olmayacaq. Amma mən Azərbaycanda ciddi problem görmürəm. Ölkədə gedən iqtisadi, siyasi islahatlar onu göstərir ki, xalq İlham Əliyevə etibar edir. Yəqin ki, 2018-ci ildə də İlham Əliyev YAP-dan öz namizədliyini irəli sürəcək. Amma ola da bilər ki, başqa namizəd də olsun. Çünki müəyyən adlar səsləndirilir. İlham Əliyev Azərbaycan üçün lazımlı şəxsdir. Əlbəttə, Azərbaycana təzyiqlər həddən artıq çoxdur. Bu təziqlər indi də var. Avropanın bizə ikili standartlarla yanaşması, Qarabağ məsələsinin həll olunmaması Azərbaycana təzyiqlərdən ötəri saxlanılır. Azərbaycanın ən böyük üstünlüyü stabil dövlət olmasındadır. Azərbaycanda nə dini, nə ekstremist problemi yoxdur. İnvestorların da marağı stabillik olan ölkələrə yönəlir. Bu gün Azərbaycana qarşı Avropa Şurası və digər dövlətlər tərəfindən təzyiqlər var.  Təbii ki, bəzi böyük dövlətlər öz marağını Azərbaycanda gerçəkləşdirmək istəyir. 1994-cül ildə “Əsrin müqaviləsi” imzalananda Azərbaycana çoxlu təzyiqlər oldu. Dövlət çevirilişləri etmək istədilər. 2013-cü ildə İlham Əliyev çox böyük layihə olan TAP və TANAP-a imza atdı. Onda da istəmirdilər ki, istehsal olunan qazı Türkiyə vasitəsilə Avropaya çıxaraq. Dövlət başçısı hər zaman Azərbaycanın müstəqilliyini ön plana çıxarır. Həmçinin, xalqın mənafeyini qabardır. Ondan sonra digər məsələlərə toxunur.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Xocalı və Srebrenitsa şahidlərinin dünyaya müraciəti: “Xocalı soyqırımını tanıyın”
23.02.2018, 02:04

Xocalı və Srebrenitsa şahidlərinin dünyaya müraciəti: “Xocalı soyqırımını tanıyın”

Türkiyə Niderland parlamentinin qərarını qınadı
23.02.2018, 01:00

Türkiyə Niderland parlamentinin qərarını qınadı

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı
23.02.2018, 00:45

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı

“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı ən ağır cinayətdir” – Əli Həsənov
23.02.2018, 00:36

“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı ən ağır cinayətdir” – Əli Həsənov

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı
23.02.2018, 00:20

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı

Vyanada İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib
23.02.2018, 00:07

Vyanada İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib

ATƏT məkanında mətbuat azadlığı və plüralizm tam təmin olunmalıdır
22.02.2018, 23:53

ATƏT məkanında mətbuat azadlığı və plüralizm tam təmin olunmalıdır

Prezident ABŞ-da xəstəxanaya yerləşdirildi
22.02.2018, 23:38

Prezident ABŞ-da xəstəxanaya yerləşdirildi

Azərbaycan nefti bahalaşdı
22.02.2018, 23:17

Azərbaycan nefti bahalaşdı

Leyla Əliyeva Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tamaşanın təqdimatında - Fotolar
22.02.2018, 23:03

Leyla Əliyeva Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tamaşanın təqdimatında - Fotolar

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı
22.02.2018, 22:50

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı
22.02.2018, 22:36

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı

Müdafiə nazirləri Rusiyaya toplandı
22.02.2018, 22:20

Müdafiə nazirləri Rusiyaya toplandı

"Bitcoin"in yenidən ucuzlaşıb
22.02.2018, 22:06

"Bitcoin"in yenidən ucuzlaşıb

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib
22.02.2018, 21:50

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib

Aparıcı politoloqla əlbəyaxa davaya çıxdı - Video
22.02.2018, 21:36

Aparıcı politoloqla əlbəyaxa davaya çıxdı - Video

Rusiyada terror aktının qarşısı alınıb
22.02.2018, 21:22

Rusiyada terror aktının qarşısı alınıb

Azərbaycan Küveyt əlaqələri inkişaf edir
22.02.2018, 21:09

Azərbaycan Küveyt əlaqələri inkişaf edir

Azərbaycanda 30 min 131 narkotik istifadəçisi var
22.02.2018, 20:57

Azərbaycanda 30 min 131 narkotik istifadəçisi var

Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb
22.02.2018, 20:42

Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb

Təyyarələrdə mobil  xidmətlərin dayandırılma səbəbi  . . .
22.02.2018, 20:28

Təyyarələrdə mobil  xidmətlərin dayandırılma səbəbi  . . .

Ermənistan Qarabağda 9 hərbçisini itirdi
22.02.2018, 20:14

Ermənistan Qarabağda 9 hərbçisini itirdi

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ   
22.02.2018, 20:03

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ  

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir
22.02.2018, 19:56

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir

Naxçıvana 3 milyon manat ayrıldı
22.02.2018, 18:57

Naxçıvana 3 milyon manat ayrıldı

Prezidentin fərdi təqaüdü 1450 manat olacaq
22.02.2018, 18:52

Prezidentin fərdi təqaüdü 1450 manat olacaq

Gənc istedadların təqaüdü 100 manat artırıldı
22.02.2018, 18:45

Gənc istedadların təqaüdü 100 manat artırıldı

Bakının bu rayonlarında içməli su olmayacaq
22.02.2018, 18:37

Bakının bu rayonlarında içməli su olmayacaq

Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq
22.02.2018, 18:31

Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb
22.02.2018, 18:24

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb

Prezident Bruney sultanını təbrik edib
22.02.2018, 18:19

Prezident Bruney sultanını təbrik edib

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu
22.02.2018, 18:07

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam verdi
22.02.2018, 17:53

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam verdi

Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı
22.02.2018, 17:52

Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı

Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb   
22.02.2018, 17:46

Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb  

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(9.43%)
“Bazarstore”(7.54%)
“Neptun” marketləri(1.88%)
“Favorit” marketi(7.54%)
“Makromarket”(3.77%)
“Bizim market”(1.88%)
“Rahat market”(3.77%)
“Bravo” marketləri(13.2%)
“Oba market”(11.3%)
Heç biri - digər mağazalar(39.6%)