18 oktyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - Milli Məclisə silahlı hücum planı - Deputatları öldürmək istəyənlərin qarşısı alınıb
Milli Məclisə silahlı hücum planı - Deputatları öldürmək istəyənlərin qarşısı alınıb
11.10.2017, 13:29

Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terrorçu qrup Milli Məclisə hücum edib, deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır.

 

Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb. F.Sadıqov terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.

 

DTX-nin rəsmi məlumatı və indi üzə çıxan tükürpədici təfərrüatlar

 

Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda deyilirdi ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

 

O vaxt DTX əməliyyatın Bakının hansı istiqamətində keçirildiyini və terrorçu qrupun fəaliyyətinə, planlarına dair təfərrüatları açıqlamamışdı. Bu təfərrüatlar indi məhkəmə prosesində üzə çıxır və DTX xüsusi təyinatlılarının həmin qrupu zərərsizləşdirməklə Azərbaycanda hansı tükürpədici terror hücumlarının qarşısını aldığı məlum olur.

 

“Əbdülxaliq” ləqəbli Fərid

 

Beləliklə, istintaq materiallarına əsasən  dini ləqəbi "Əbdülxaliq"olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilı ağır cinayətlər törətmək üçün  yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub.

 

Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən  azərbaycanlılarla əlaqə saxlayaraq  bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı “qolu” kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.

İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.

 

Odnoklassnik.ru da yazışmalar:  “Novosti Xalifata” qrupunda  “Əbu Davud”un radikal çağırışları

 

Fərid Sadıqov ifadəsində göstərib ki, 16 yaşından dini ibadətlə məşğuldur. 2016-cı ilin oktyabrından isə islamın Safi cərəyanına meyl edib, internetdə dini məzmunlu videolara baxıb müxtəlif məqalələr oxumaqla “Əhli sünnənin Şafi məzhəbini dərindən öyrənib” Həmçinin o, odnoklassniki.ru  saytında müxtəlif dini ekstremist məzmunlu müzakirələrdə iştirak edib.

Həmin qruplarda  “Əbu Davud” ləqəbi ilə yazışmalar zamanı F.Sadıqov bütün qeyri-müslümləri “kafir” adlandırdığına, onların məhv edilməsinə çağırışlar etdiyinə görə odnoklassniki.ru saytı tərəfindən profili bağlanıb. 

 

Bundan sonra F.Sadıqov  “Abdul Xaliq” adı ilə qruplarda, daha çox isə “Novosti Xalifata” qrupunda  yenidən yazışmalara başlayıb, özünə həmfikirlər tapıb. Lakin açıq-aşkar terrorçuluğu təbliğ etdiyi, radikal çağırışlar etdiyi üçün  bu profil də sayt tərəfindən bloklanıb.

 

“Əbdülxaliq”in xudatlı Ulubəyovla tanışlığı

 

F.Sadıqovun ifadəsinə əsasən o, əslən Xudat rayonundan olan Məhəmməd Ulubəyovla məhz odnoklassniki.ru-da yazışmalar zamanı tanış olub, bir-birlərinə mobil telefonlarını veriblər.

İŞİD-çinin ifadəsindən: “Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq”.

 

Məhəmmədin kirayə qaldığı evdə cızılan təhlükəli planlar

 

Lakin Məhəmmədin kirayə qaldığı evdə yığışanlar təkcə dini ibadətlə məşğul olmurdular, İŞİD ideyalarının Azərbaycanda da yayılması, Suriyada qurulan “İslam dövləti”nin Azərbaycanı və hətta bütün dünyanı əhatə etməli olduğu haqda danışırdılar. Bunun üçün yollar fikirləşir, planlar cızırdılar. Habelə Azərbaycanda başladacaqları cihadda onlara düzgün yol göstərib əmrlər verən, əldə olunacaq qəniməti-beytül malı “ədalətli şəkildə böləcək” əmir seçmək haqda müzakirə aparırdılar.

slində bu qruplaşmanın üzvlərinin əvvəlki niyyətləri Suriyaya gedib cihada qoşulmaq idi. Lakin bu və ya digər səbəblərdən onların Suriyaya getmək niyyətləri baş tutmadığından cihadı elə Azərbaycanda başlatmağı qərara alırlar.

F.Sadıqovun ifadəsindən: “Məhəmməd dini cəhətdən savadlı və dünyagörüşlü olduğundan onun dediklərinə qulaq asırdıq. Dini mübarizəyə başlamaq üçün silah-sursat, partlayıcı maddələrin əldə olunması üçün planlar cızırdıq. Silah almaq üçün pul lazım olduğundan banklara, şərab evlərinə, imkanlı şəxslərin evlərini qarət etməyi nəzərdə tuturduq. Əldə ediləcək puldan silah sursat almağı, ehtiyacı olanları yardım etmək və bu yolla sıralarımızı genişləndirmək istəyirdik.  Həyata keçirəcəyimiz basqınlarda müsəlmanlardan şübhələnməsinlər deyə, üzümüzü qırxmaq və sosial şəbəklərdəki bütün profillərimizi silmək qərarına gəlmişdik”.

 

Silahlı basqınlardan sonra Qusar meşələrinə çəkilmək planı

 

Qrup üzvləri qərara alıblar ki,  silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşırdılar.

Qrup üzvlərindən “Əbdülxaliq” kustar üsulla partlayıcı hazırlamağın yollarını internetdən öyrənməyi boynuna götürüb. Bu məqsədlə internetdən videotəlimatları telefonuna yükləyib. Yanvarın 29-da, DTX-nin keçirdiyi əməliyyatdan iki gün əvvəl qrup üzvləri Quba və Qusar rayonu ərazisində planlaşdırdıqları silahlı hücumlara son hazırlıq işlərini müzakirə etmək üçün Məhəmməd Ulubəyovun Qaraçuxurda kirayə qaldığı mənzilə yığışıblar.

Terrorçu qrupun ilk hücum hədəfi Qusar rayon polis idarəsi olmalıydı. Onlar hücumu  İdarənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. Habelə eyni vaxtda rayonda bir-iki imkanlı şəxsin evinə, ticarət mərkəzlərinə hücum nəzərdə tutulub.

“Əbu Həfsaf” isə həmin müzakirələrdə partlayışı DTX-nin Qusar rayon şöbəsinin qarşısında törətmək təklifini irəli sürüb. Təqsirləndirilənin ifadəsindən: “Deyirdi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün “Dəmirbank” və “Atabank”ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Qərib Dəmirovlə Samir Məmmədov da banka basqın etməyin çətin olduğunu dedilər. Hətta Qərib dedi ki, banka girsək atışma olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq”.

 

“Deyirdi ki, icra başçısının müavinin yaxşı pulu var…”

 

Qrup üzvləri basqın zamanı dindar görünüşü yaratmamaq üçün xarici görkəmlərinə fikir verməyi, saqqallarını qırxmağı və bir-birlərinə “əxi” deyə müraciət etməyi qadağan ediblər. Samir Məmmədov Quba rayonu ərazisində “Qırmızı qəsəbədə” yaşayan yahudilərdən birinin evinə basqın etməyi təklif edib.

 

F.Sadıqov ifadəsində deyib:

”Deyirdi, onların yaxşı pulu var, istəsək verəcəklər. Məhəmməd isə Qusar rayon icra hakimiyyəti başçısının müavini, bələdiyyə sədrləri, Qusar rayon mərkəzi bazarının müdirinin evinə basqın etməyi təklif edib. Deyib ki, icra hakimiyyəti başçısının müavininin evinə getmək əla olardı. Bələdiyyə sədrinin, bazarkomun evinin yerini yerini öyrənmək lazımdır. Deyirdi evlərinə girək, imkanlı adamlardı, pul-para olar”.

 

Hədəfə götürülən universitetlər

 

Müzakirələr zamanı “Əbu Həfsaf” Qusar rayonundakı hərbi hissələrdən birinə silahlı basqın etmək daha sonra MTN və DİN-nin Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb.  O, əsas  hədəfin dövlət müəssisə və təşkilatları olduğunu qrup üzvlərinə deyib. Habelə  “Əbu Həfsaf” Bakı Dövlət Universitetində, İslam Universitetində, Neft Akademiyasında partlayışların törədilməsinin vacibliyini vurğulayıb.

 

"Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Baş prokurorluğun əməkdaşlarının, Milli Məclisin deputatlarının, rayon və şəhər icra hakimiyyəti başçılarının “razboyluq” olduqlarını israrla bildirir, onları müsəlmanlara qarşı olan şəxslər adlandırırdı. 

 

Milli Məclisə basqın etməyi,  deputatların hamısının bir yerdə olduğu vaxt onlara silahı basqın etməyin vacibliyini deyirdi”-təqsirləndirilən şəxs ifadəsində deyib.

 

Məhkəmənin hökmü  ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30 yaşlı azərbaycanlı qaçqın afrikalıların qanını tökdü
18.10.2017, 18:52

30 yaşlı azərbaycanlı qaçqın afrikalıların qanını tökdü

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı
18.10.2017, 18:45

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı

Prezident MDB-nin Sərhəd Qoşunları komandanlarını qəbul edib
18.10.2017, 18:31

Prezident MDB-nin Sərhəd Qoşunları komandanlarını qəbul edib

Azərbaycanda portağal 50% bahalaşdı
18.10.2017, 18:18

Azərbaycanda portağal 50% bahalaşdı

Putinlə Netanyahu arasında telefon danışığı olub
18.10.2017, 18:12

Putinlə Netanyahu arasında telefon danışığı olub

Avtomobil nömrələri üçün dövlət standartı AÇIQLANDI
18.10.2017, 18:04

Avtomobil nömrələri üçün dövlət standartı AÇIQLANDI

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək
18.10.2017, 17:56

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək

Qənirə Paşayevadan çağırış
18.10.2017, 17:50

Qənirə Paşayevadan çağırış

“Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı
18.10.2017, 17:42

“Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı

ADU-da Çin mətbəxinin sirri açıldı
18.10.2017, 17:41

ADU-da Çin mətbəxinin sirri açıldı

Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyuldu
18.10.2017, 17:25

Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyuldu

Dövlət Arxivindən ŞOK SƏNƏD tapıldı - Tanınmış bolşeviklər Müsavatın agentləri olublar...
18.10.2017, 17:24

Dövlət Arxivindən ŞOK SƏNƏD tapıldı - Tanınmış bolşeviklər Müsavatın agentləri olublar...

Əhliman Əmiraslanov AMEA-da toplantı keçirdi
18.10.2017, 17:23

Əhliman Əmiraslanov AMEA-da toplantı keçirdi

İŞİD Suriya ordusunun məşhur generalını öldürdü
18.10.2017, 17:22

İŞİD Suriya ordusunun məşhur generalını öldürdü

Bakı meriyası REAL-ın müraciətini cavabsız qoyub
18.10.2017, 17:17

Bakı meriyası REAL-ın müraciətini cavabsız qoyub

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
18.10.2017, 17:04

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Aydın Mirzəzadə tələbələrə mühazirə oxudu
18.10.2017, 17:00

Aydın Mirzəzadə tələbələrə mühazirə oxudu

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü
18.10.2017, 16:58

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü

Əflatun Amaşov bu dəfə Tiranaya gedir
18.10.2017, 16:53

Əflatun Amaşov bu dəfə Tiranaya gedir

“Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ   
18.10.2017, 16:50

“Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ  

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”
18.10.2017, 16:49

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”

DTX Bakıda əməliyyat keçirdi - qanunazidd dini ayinlərin icraçıları saxlanıldı   
18.10.2017, 16:40

DTX Bakıda əməliyyat keçirdi - qanunazidd dini ayinlərin icraçıları saxlanıldı  

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI
18.10.2017, 16:31

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  
18.10.2017, 16:26

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  

Beynəlxalq axtarışda olan iki azərbaycanlı Qazaxıstanda saxlanıldı
18.10.2017, 16:16

Beynəlxalq axtarışda olan iki azərbaycanlı Qazaxıstanda saxlanıldı

Azərbaycanda bu il 17 ana ölümü baş verib
18.10.2017, 16:06

Azərbaycanda bu il 17 ana ölümü baş verib

Sabiq icra başçısı
18.10.2017, 16:01

Sabiq icra başçısı "reket jurnalist"in işində zərərçəkmiş kimi tanınıb

Rusiya ilə Türkiyənin pomidor problemi də həll olunur
18.10.2017, 16:01

Rusiya ilə Türkiyənin pomidor problemi də həll olunur

Elmar Vəliyev hesabat verdi
18.10.2017, 15:53

Elmar Vəliyev hesabat verdi

Şərəfsizlər kvarteti
18.10.2017, 15:50

Şərəfsizlər kvarteti

Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ
18.10.2017, 15:41

Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ

Müstəqilliyimizin etibarlı təminatçısı   
18.10.2017, 15:36

Müstəqilliyimizin etibarlı təminatçısı  

Dünyanın yeni yaranmış idman növləri - MARAQLI
18.10.2017, 15:35

Dünyanın yeni yaranmış idman növləri - MARAQLI

Naxçıvanda hərbi parad keçirildi – FOTOSESSİYA
18.10.2017, 15:15

Naxçıvanda hərbi parad keçirildi – FOTOSESSİYA

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ
18.10.2017, 15:04

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.93%)
“Azərişıq”(29.0%)
“Azərsu”(10.4%)
“Azəristiliktəchizat”(3.08%)
Heç biri(52.4%)