Modern.az

“BDU-nun yubileyinə ən layiqli hədiyyə Rəsulzadənin adının ora qaytarılması olar” - TƏKLİF

“BDU-nun yubileyinə ən layiqli hədiyyə Rəsulzadənin adının ora qaytarılması olar” - TƏKLİF

11 Oktyabr 2017, 15:28

Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təklif edilib.

Bu təkliflə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edib.

2019-cu ildə BDU-nun 100 illik yubileyi qeyd olunarsa, nə kimi işlər həyata keçirilməli, onun tarixi ilə əlaqəli nələr araşdırılmalıdır?


Tarix üzrə fəlsəfə doktoru, Cümhuriyyət dövrünü araşdıran yazıçı Natiq Məmmədli Modern.az-ın bu sualına konkret bir cavab verib:

 

“Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Darülfunun açılması təşəbbüsü ilə Azərbaycan parlamentində Məhəmməd Əmin Rəsulzadə çıxış edib və orada dərs deyən ilk müəllimlərdən biri də o, olub. Hesab edirəm ki, universitetin yubileyinə ən layiqli hədiyyə Rəsulzadənin adının universitetə bərpa olunması olardı”.

 

N.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi