Modern.az

Dilimiz... Təəssübümüz...  

Dilimiz... Təəssübümüz...   

Ədəbi̇yyat

11 Oktyabr 2017, 16:01

Könül AYDIN Nəhmətova

 

- Ana, gəl kömək elə, siyahıdan tibbi avadanlıqları tapaq.

- Dərsi oxumusan?

- Hə.

- Bəs niyə tapa bilmirsən?

- Axı mən burada avadanlıq görmürəm, heç mövzuda da onlardan danışmayıblar.

- Gətir, baxım.

Kitaba baxdım, cədvəldə siyahı verilib:

"- pinset

- pipet

- iynə

- kolba..." və s..

- Hmmm....

- Ana, bəs avadanlıq hanı?

- Mövzunu bir də oxu.

Oxudu və məlum oldu ki, elə bunlar hamısı "tibbi avadanlıq" imiş... Amma "avadanlıq" sözünün harayını uşağın saf qəlbi necə eşidib...

Həyatımın ən həyacanlı anlarından biri yadıma düşdü.

2005-ci il may ayının 2-si... AMEA-nın Ədəbiyyat İnstitutunda namizədlik işimi müdafiə edirdim. Xəbərim yox idi ki, işim çox bəyənilib, amma tərifləndiyini görürdüm. Düşünrdüm ki, yəqin yoldaşlıq xatirinədir ( Bunu çox sonralar bildim ki, işim yekdilliklə bəyənilibmiş, həm də çoxu məni tanımadan, görmədən.). Çıxış edənlər dissertasiya işimin məzmunundan, dil və üslub xüsusiyyətlərindən müsbət danışırdılar. Mən isə həyacanla izləyirdim.

Axır söz iclasın sədrinə - Qəzənfər Paşayevə çatdı. Avtoreferatımı əlimə alıb, vərəqləyə-vərəqləyə danışmağa başladı:

- Doğrudur, mən bu müdafiədə diplom almaq xatirinə iş deyil, həqiqi elmin şahidi oldum...

Qanadlandım...

- Amma bayaqdan çıxış edənlər dissertasiyanın dil və üslubunu ağız dolusu tərif edirlər, mən hələ 25 səhifəlik avtoreferatda neçə dənə yanlış ifadəyə rast gəlmişəm.

Ürəyim səksəkədə dinlədiyim həmin çıxışdan yadımda qalan ifadə bu oldu:

- "Tarixi xadim"... Tarixi xidmət olar, tarixi şəxsiyyət olar, amma tarixi xadim olmaz.

Qollarım düşdü yanıma...

O anın yadımdakı assosiasiyası: sanki ağ kağızın üzərinə iri bir damcı ilə mürəkkəb damcıladı.

İndi kitabları oxuduqca düşünürəm: Hələ üzərində bir il işlənmiş kitablardan hər oxuyan bir neçə qüsur tapırsa, redaktə olunmamış kitablar dilimizi necə də acınacaqlı hala gətirir...

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi