Modern.az

Azərbaycan Xalçası Simpoziumunun təşkilat komitəsi toplandı

Azərbaycan Xalçası Simpoziumunun təşkilat komitəsi toplandı

11 Oktyabr 2017, 18:05

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə bağlı birgə tədbirlər planı hazırlayıb.

 

Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi cari ilin 17-21 oktyabr tarixində nəzərdə tutulub.

 

Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir.

Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və  1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.  

 

Bununla bağlı cari ilin 11 oktyabr tarixində mədəniyyət və turizm naziri, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin sədrliyi ilə təşkilat komitəsinin geniş müşavirəsi keçirilmişdir.

İclası nazir Əbülfəs Qarayev açmış və çıxışında Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək Simpoziumun mahiyyəti barədə ətraflı məlumat vermiş, Simpoziumun proqramına dair müvafiq təşkilati məsələləri müzakirə etmiş və aidiyyəti üzrə tapşırıqlar vermişdir. Tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu və onun çərçivəsində keçiriləcək sərgi və tədbirlərin yüksək əhəmiyyətini vurğulayıb.

 

Sonra nazir müavini Sevda Məmmədəliyeva çıxış etmiş və xüsusi vurğulamışdır ki, bu Simpozium dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcəkdir. Sevda xanımın çıxışında Simpozium çərçivəsində təqdim ediləcək dörd sərgi barədə məlumat vermiş və bunlardan ikisi Azərbaycan Xalça Muzeyində “Müasir incəsənət xalçalarda” və Azərbaycan Milli İncəsənət Muzeyində Londonun “Viktoriya və Albert”, Berlinin “İslam incəsənəti”, Azərbaycan Milli İncəsənət muzeylərinin və İngiltərənin və Azərbaycanın şəxsi kolleksiyaların nümunələri əsasında təşkil ediləcək sərgilərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Tədbirin təsisçilərindən biri olan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxışında Simpoziumun işinə Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının və muzeylərinin aktiv cəlb edilməsinin önəmini vurğulamış və tədbirə xaricdən qatılacaq alimlərlə aidiyyəti sahələr üzrə görüşlərin və müzakirələrin aparılmasına böyük önəm vermişdir.

Tədbirin digər təsisçilərindən biri olan “Azərxalça” ASC-nin sədr müavini Orxan Rzayev çıxış edərək təşkilat tərəfindən Azərbaycan xalçasına həsr edilmiş dərgilər və Qədim Azərbaycan xalçası (18-19 əsr) sərgi barədə məlumat vermiş və gələn qonaqların “Azərxalça” ASC-in xalça istehsalının keçirildiyi məkanda fəaliyyəti xüsusi qəbulun təşkilinə dair təkliflər verilib.

 

Nazir Əbülfəs Qarayev tədbir çərçivəsində qonaqlar tərəfindən ziyarət ediləcək obyektlər sırasında “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun xüsusi önəm daşıdığını qeyd etdi və tədbirdə iştirak edən adıçəkilən Qoruğun rəisi Əsgər Ələkbərovun Simpozium işinin dəstəklənməsinə və İçərişəhərdə qonaqların qəbul olunmasına müvafiq şəraitin yaradılması ilə bağlı tapşırıqlarını verdi.

Öz növbəsində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov tədbirin yüksək səviyyədə təşkili ilə bağlı İdarə tərəfindən lazımi tədbirlərin görüləcəyini bildirdi.

Sonda Nazirliyin müstəqil eksperti Əsli Səmədova çıxış edərək İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) rəhbərliyinin salamlarını müşavirə iştirakçılarına yetirdi və Simpoziumun tərəfdaşları olan geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalı və İCOC tərəfindən son 2 il ərzində aparılan işlər barədə qısa məlumat verdi.

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir