Modern.az

Qarabağda erməni əsgərin əlində qumbara partladı

Qarabağda erməni əsgərin əlində qumbara partladı

Aktual

11 Oktyabr 2017, 18:34

Ermənistan əsgərinin əlində qumbara partlayıb.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində baş verib.

 

Orada xidmət edən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımı partlayıb. Nəticədə o, xəsarət alıb. Yaralı əsgər xidmət yoldaşları tərəfindən tibb məntəqəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır