26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Andropovla Sviqunun qarşıdurması, yaxud BİR ATƏŞLƏ TARİXƏ DÜŞMƏK İSTƏYƏN VİKTOR İLYİN
Andropovla Sviqunun qarşıdurması, yaxud BİR ATƏŞLƏ TARİXƏ DÜŞMƏK İSTƏYƏN VİKTOR İLYİN
11.10.2017, 21:08

23 yaşlı Viktor İlyin sevdiyi qızla mübahisə edir, ayrılanda da müəmmalı bir ifadə işlədir: “Yaxın günlərdə sən mənim kim olduğumu eşidəcəksən”.

Bir neçə gündən sonra o, zabit yoldaşlarına Amerika Birləşmiş Ştatlarının prezidenti Con Kennediyə qarşı olan sui-qəsd haqqında tez-tez söhbət açır və bu söhbətlərin sonunda, xüsusilə, bir cümləni vurğulayır: “Bir atəşlə də tarixə düşmək olar”.

Və beləliklə, 1969-cu ildə Viktor İlyin SSRİ-nin Baş katibinə atəş açmaqla tarixə düşür...

Modern.az saytı həmin hadisələrin müəllifi, Viktor İlyinlə bağlı yazını təqdim edir.

Bu hadisə1969-ci ildə baş verib. Bəlkə də həmin dövrdə heç kimin ağlına belə gəlməzdi ki, kimsə ölkənin birinci şəxsinə, Baş katibə atəş açacaq, dayanmadan 16 gülləni Brejnevin avtomobil karvanına tuş edəcək.

1969-ci ilin yanvarında SSRİ-nin “Soyuz 4” və “Soyuz 5” kosmik raketləri tarixdə ilk dəfə kosmosda birləşir. Bu böyük nailiyyətlə bağlı keçiriləcək tədbirlərdə kosmonavtları “Vnukovo” aeroportunda şəxsən Leonid İliç Brejnevin qarşılaması, daha sonra isə Kremldə dövlət mükafatları ilə təltifolunma mərasimi planlaşdırılır. 

Tədbirin keçirilməsi yanvarın 21-də nəzərdə tutulur. Ancaq bu tarix Vladimir İliç Leninin vəfatı günü olduğundan sonradan yanvarın 22-ə keçirilir. Və təbii ki, kosmonavtları Kreml qarşısında alqışlamaq arzusunda olan paytaxt sakinlərini mətbuat vasitəsi ilə bu haqda məlumatlandırırlar.

Brejnevə sui-qəsd edəcək şəxs isə bu haqda gec məlumat əldə edir. Ancaq bu gecikmə onun xeyrinə olur.

 

Viktor İlyin 1947-ci ildə Leninqradda anadan olub. Valideynlərinin hər ikisində xroniki alkoqolizm xəstəliyi olduğundan o körpəliyindən uşaq evinə verilib. Qısa bir müddət burada qaldıqdan sonra Viktoru övladı olmayan bir qadın övladlığa götürüb. 10 yaşı olanda nənəsi ona övladlığa götürülməsini söyləyib. 

Bu xəbər Viktor İlyini sarsıdıb və həmin gündən onda özünəqapalılıq yaranıb. Viktor topoqrafiya texnikumunu bitirdikdən sonra Leninqrad vilayəti ətrafında ordu sıralarında hərbi xidmətə yollanıb. Təhsil aldığı texnikumda hərbi kafedra olduğundan o xidmətini kiçik leytenant rütbəsində zabit kimi başlayıb. Nümunəvi xidməti ilə fərqlənən İlyin həm də qeyri-adilikləri ilə seçilib. 

 

1969-cu ilin yanvarın 20-də Viktor İlyin hərbi hissədə sutkalıq növbəyə daxil olur. Səhərisi gün yanvarın 21-də saat səhər saat 7-8 radələrində hərbi hissənin əsas növbətçisi səhər yeməyinə gedəndə İlyin bu fürsətdən istifadə edərək silah saxlanılan xüsusi otaqdan 2 ədəd “Makarov” tipli tapança və 4 ədəd güllə darağı götürərək hərbi hissəni tərk edir. Artıq 2 saatdan sonra o Leninqrad-Moskva reysi ilə paytaxta uçur. O yalnız Moskvada xəbər tutur ki, kosmonavtlarla bağlı tədbir yanvarın 22-də keçiriləcək. Viktor İlyin həmin gecəni Moskvada yaşayan və vaxtı ilə Daxili İşlər orqanlarında çalışmış qohumugildə keçirməyi qərara alır. Gəlişinin səbəbini isə qohumlarına belə izah edir ki, sovet kosmonavtlarının qarşılanma mərasimində iştirak etmək istəyir. Ancaq bu iştirakın hansı məqsəd daşıdığını gizlədir. Səhərisi günü evdən çıxanda qohumundan milis şinelini geyinmək istədiyini xahiş edir və bu istəyi belə əsaslandırır ki, o milis formasında kosmonavtların avtomobillərinin keçdiyi yola daha yaxın məsafədə dayana bilər. Beləliklə, hərbçi İlyin “milis İlyin” kimi Kremlin qarşısına tələsir. Çoxsaylı insanların arasından geydiyi formaya görə birinci sırada özünə yer tuta bilir.

 

40 ildən sonra Viktor İlyin həmin anlar haqqında xatırladıqlarını və törətdiyi əməli belə bölüşüb:

“Avtomobil karvanı Kremlə yaxınlaşanda meydana toplaşanlar alqışlamağa başladılar. Əvvəlcə birinci avtomobil keçdi. Özlüyümdə dəqiqləşdirmişdim ki, Brejnev birinci avtomobildə ola bilməz. Nəzərdə tutmuşdum ki, ikinci və üçüncü avtomobili hədəf seçmək lazımdır. Düşündüyüm kimi də etdim. Düzdür, maşında kimlərin əyləşdiyini görmürdüm. Tapançaların ikisini də çıxarıb hər ikisindən atəş açmağa başladım. 16 atəşdən 9-u ikinci və üçüncü avtomobilləri tutmuşdu. Brejnev isə dördüncü avtomobildə imiş. Bir göz qırpımında karvanı müşayiət edən motosikletçilərdən biri üstümə şığıdı və elə həmin andaca mülki geyimli şəxslər məni qandalladılar. Açdığım atəşdən sürücülərdən biri öldü, bir neçə nəfər isə yaralanmışdı. O cümlədən, kosmonavtlardan Bereqovoy və Nikolayev də zədə almışdılar...”

Hadisədən heç bir saat keçməmiş Viktor İlyin Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropovun suallarını cavablandırır.

 

Bir il davam edən istintaqdan sonra İlyin ruhi xəstə kimi Kazan şəhərində qapalı psixatriya xəstəxanasına göndərilir. O, 18 il cəmisi 5 kv.m-lik palatada tək qalır. 18 ildən sonra onu Leninqraddakı eyni təyinatlı xəstəxanaya köçürürlər. Nəhayət, 1990-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası onun xəstəxanadan çıxarılması haqqında qərar qəbul edir.

Viktor İlyin məcburi müalicədən azadlığa çıxdıqdan sonra 20 illik əmək haqqını, hələ bununla yanaşı, xəstəliyi ilə bağlı 1-ci qrup əlil olduğuna görə Leninqrad şəhərində 1 otaqlı mənzil almağa da nail olur.

Viktor İlyinin törətdiyi sui-qəsd haqqında ictimaiyyətə geniş məlumat verilməyib. Rəsmi məlumatlarda isə onun kosmonavtlara qarşı sui-qəsd etmək istədiyi göstərilib.

Törədilmiş bu cinayət haqqında bir çox versiyalar irəli sürülüb, bu hadisənin arxasında hansısa qüvvələrin dayandığı da söylənilib. Versiyalardan biri SSRİ DTK-sında Yuri Andropovla onun birinci müavini, Brejnevlə yaxınlığı ilə seçilən Semyon Sviqunun qarşıdurması faktı da səslənib. Belə ki, Sviqun vasitəsi ilə Brejnevin Andropova təzyiqi onu bu sui-qəsdi təşkil etməyə vadar edib. Ancaq Andropov dəfələrlə rəsmi, yaxud qeyri-rəsmi şəkildə Baş katibə qarşı törədilən cinayət əməlindən xəbərsiz olduğunu bəyan edib...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Axtarışda olanlar könüllü polisə təslim oldu
26.09.2018, 11:36

Axtarışda olanlar könüllü polisə təslim oldu

Şəkidə 62 yaşlı kişi itkin düşdü - FOTO
26.09.2018, 11:32

Şəkidə 62 yaşlı kişi itkin düşdü - FOTO

Binəqədi bələdiyyəsinin yeni sədri seçilib
26.09.2018, 11:29

Binəqədi bələdiyyəsinin yeni sədri seçilib

Ərdoğan amerikalı rahib HAQDA: “Mən özüm də bilmirəm”
26.09.2018, 11:25

Ərdoğan amerikalı rahib HAQDA: “Mən özüm də bilmirəm”

“Google Chrome” istifadəçiləri! - DİQQƏT
26.09.2018, 11:18

“Google Chrome” istifadəçiləri! - DİQQƏT

Yaponiya yeni hipersəs bombalar hazırlayır
26.09.2018, 11:17

Yaponiya yeni hipersəs bombalar hazırlayır

Dünyanı nüvə müharibəsinə aparan ölkələrin adı AÇIQLANDI
26.09.2018, 11:11

Dünyanı nüvə müharibəsinə aparan ölkələrin adı AÇIQLANDI

Topla söhbət
26.09.2018, 11:05

Topla söhbət

Azərbaycan cırtdan dövlətlə diplomatik əlaqələr qurdu
26.09.2018, 10:51

Azərbaycan cırtdan dövlətlə diplomatik əlaqələr qurdu

Deputat vətəndaşları qəbul edib - FOTO
26.09.2018, 10:47

Deputat vətəndaşları qəbul edib - FOTO

Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanıldı
26.09.2018, 10:43

Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanıldı

Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək   
26.09.2018, 10:35

Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək  

“Sosial şəbəkələr boşanmaya səbəb olur”
26.09.2018, 10:29

“Sosial şəbəkələr boşanmaya səbəb olur”

Putinin Ermənistana səfər tarixi məlum oldu
26.09.2018, 10:22

Putinin Ermənistana səfər tarixi məlum oldu

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO
26.09.2018, 10:18

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ
26.09.2018, 10:10

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb
26.09.2018, 10:08

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub
26.09.2018, 09:55

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”
26.09.2018, 09:50

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”

“Azerspace-2” orbitə buraxıldı - VİDEO
26.09.2018, 09:47

“Azerspace-2” orbitə buraxıldı - VİDEO

Xəzər dənizində zəlzələ olub
26.09.2018, 09:40

Xəzər dənizində zəlzələ olub

Cəbhədə şiddətli atışma oldu
26.09.2018, 09:39

Cəbhədə şiddətli atışma oldu

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ
26.09.2018, 09:38

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR
26.09.2018, 09:37

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi
26.09.2018, 09:33

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi

Putin Bakıya sabah gəlir 
26.09.2018, 09:28

Putin Bakıya sabah gəlir 

Mehriban Əliyeva: “Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq”
26.09.2018, 08:52

Mehriban Əliyeva:Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər
26.09.2018, 08:32

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
26.09.2018, 07:54

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Almaniya gərginliyin artmasından narahatdır
26.09.2018, 00:56

Almaniya gərginliyin artmasından narahatdır

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü
26.09.2018, 00:43

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları
26.09.2018, 00:27

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb
26.09.2018, 00:15

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb

Azərbaycan nefti bahalaşıb
25.09.2018, 23:56

Azərbaycan nefti bahalaşıb

Abramoviç “Çelsi”nı satır
25.09.2018, 23:42

Abramoviç “Çelsi”nı satır

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək
25.09.2018, 23:33

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR
25.09.2018, 23:18

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi
25.09.2018, 23:01

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı
25.09.2018, 22:44

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR   
25.09.2018, 22:34

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR  

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...
25.09.2018, 22:30

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO
25.09.2018, 22:23

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb
25.09.2018, 22:14

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib
25.09.2018, 21:59

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi
25.09.2018, 21:43

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO
25.09.2018, 21:25

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur
25.09.2018, 21:11

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək
25.09.2018, 20:55

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova
25.09.2018, 20:43

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir
25.09.2018, 20:30

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir

ARXİV