Modern.az

Meksika həbsxanadakı qiyamda 16 nəfər öldü

Meksika həbsxanadakı qiyamda 16 nəfər öldü

Dünya

12 Oktyabr 2017, 00:27

Meksikada həbsxanada baş verən qiyam nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kadereyta şəhər həbsxanasında baş verən qiyamda ölənlərin sayı 16 nəfərə çatıb.

Məlumata görə, qiyama səbəb həbsxanadakı cinayət qruplaşmalarının üzvləri arasında baş vermiş münaqişə olub. Qruplaşma üzvləri həbsxana rəhbərliyinin dəyişdirilməsini də tələb ediblər.

Qeyd edək ki, qiyamda ilkin olaraq 13 nəfərin öldüyü bildirilirdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür