Modern.az

ABŞ-da bağlanan diplomatik obyektlərin üzərindən Rusiya bayraqları çıxarılıb

ABŞ-da bağlanan diplomatik obyektlərin üzərindən Rusiya bayraqları çıxarılıb

Dünya

12 Oktyabr 2017, 00:46

ABŞ-ın San-Fransisko şəhərində bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfinə San-Fransiskodakı diplomatik əmlakın üzərindən Rusiya bayraqlarının çıxarılması ilə əlaqədar qətiyyətli etiraz göndərilib.

Qeyd edək ki, ötən ayın əvvəli Rusiyanın San-Fransiskodakı Baş Konsulluğu, Vaşınqtondakı Ticarət Nümayəndəliyi, eləcə də Nyu-Yorkdakı Ticarət Nümayəndəliyinin binaları Dövlət Departamentinin tələbi ilə ABŞ tərəfinə verilib. Dövlət Departamenti sentyabrın 2-dək San-Fransiskoda Baş Konsulluğu, Nyu-Yorkdakı Ticarət Nümayəndəliyi və daha 2 kirayə obyektin bağlanılmasını tələb edib. Buna səbəb Rusiyanın öz ərazisindəki ABŞ-ın diplomatik missiyalarının əməkdaşlarının sayının azaldılması ilə bağlı təklifi göstərilib. Rusiya bunu qeyri-dost addım kimi qiymətləndirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır