17 iyul 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: “Azərbaycan özünü dünya mərkəzlərindən biri kimi tanıdıb”  
İlham Əliyev: “Azərbaycan özünü dünya mərkəzlərindən biri kimi tanıdıb”  
12.10.2017, 14:34

Modern.az Azərtac-a itinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.

Ölkə başçısı daha sonra deyib:

-Mən çıxışımda əsasən humanitar xarakterli məsələlərə toxunmaq istərdim. Azərbaycan beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynayır. Bizim ölkədə müntəzəm surətdə beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. Onların arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istərdim. Deyə bilərəm ki, bu Forum müəyyən mənada nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilib. Azərbaycanda həm də mütəmadi olaraq Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir. Bu Forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Düşünürəm ki, multikulturalizm, konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Həmçinin ötən il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə, bizim ölkəmiz humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi artıq özünü tanıdıb.

Bizim indiyə qədər keçirdiyimiz və keçirməkdə olduğumuz idman tədbirlərini, xüsusən 2015-ci ildə Birinci Avropa Oyunlarını və bu il IV İslam Həmrəyliyi Oyunlarını da bu məsələlərə aid etmək olar. İştirakçı ölkələrin ümumi sayı 100-dən çox idi. Bu Oyunlar həm də mədəniyyətlərarası, konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir.

Turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də çox böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək istədiyim sonuncu mövzu təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri ilə bağlıdır. Biz şadıq ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan yaradır. Xüsusi qeyd etmək istərdim ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilib. Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Paşinyan Ermənistanın ilk prezidenti ilə Qarabağı müzakirə etdi
17.07.2018, 14:57

Paşinyan Ermənistanın ilk prezidenti ilə Qarabağı müzakirə etdi

Nabrandakı 13 istirahət mərkəzinə cərimə kəsildi
17.07.2018, 14:51

Nabrandakı 13 istirahət mərkəzinə cərimə kəsildi

Yeni “neft şoku” qaçılmaz olacaq
17.07.2018, 14:49

Yeni “neft şoku” qaçılmaz olacaq

“Qaragin üzümə dedi ki, o da Azərbaycana qarşı təxribatlar aparır” - Şeyx
17.07.2018, 14:43

“Qaragin üzümə dedi ki, o da Azərbaycana qarşı təxribatlar aparır” - Şeyx

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu
17.07.2018, 14:37

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu

Rusiya NATO üzvünün hava sərhədlərini pozdu
17.07.2018, 14:34

Rusiya NATO üzvünün hava sərhədlərini pozdu

Allahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildi   
17.07.2018, 14:13

Allahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildi  

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb
17.07.2018, 13:56

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu
17.07.2018, 13:36

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu

Sərdar Cəlaloğlu: “O partiyalar ləğv olunmalıdır!” - TƏKLİF  
17.07.2018, 13:23

Sərdar Cəlaloğlu: “O partiyalar ləğv olunmalıdır!” - TƏKLİF  

Sabahın hava PROQNOZU - 38 dərəcə isti   
17.07.2018, 13:01

Sabahın hava PROQNOZU - 38 dərəcə isti  

Azərbaycana gələn əcnəbi turistlər ən çox bu ölkələrdəndir - SİYAHI
17.07.2018, 12:57

Azərbaycana gələn əcnəbi turistlər ən çox bu ölkələrdəndir - SİYAHI

Piyadalara tətbiq edilən cərimələr ARTDI
17.07.2018, 12:49

Piyadalara tətbiq edilən cərimələr ARTDI

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı
17.07.2018, 12:30

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı

Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanıldı
17.07.2018, 12:22

Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanıldı

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA
17.07.2018, 12:11

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA

“Sınıq Körpü”dəki sıxlıq aradan qaldırıldı   
17.07.2018, 12:02

“Sınıq Körpü”dəki sıxlıq aradan qaldırıldı  

 “Asan İmza” nömrəsinin aylıq abunə haqqı ARTIRILDI
17.07.2018, 11:59

Asan İmza nömrəsinin aylıq abunə haqqı ARTIRILDI

Telman Adıgözəlovun oğlu: “Atamın bəyənmədiyim obrazı yoxdur”   
17.07.2018, 11:54

Telman Adıgözəlovun oğlu: “Atamın bəyənmədiyim obrazı yoxdur”  

Bu il Azərbaycana 10 minədək avtomobil gətirilib  
17.07.2018, 11:47

Bu il Azərbaycana 10 minədək avtomobil gətirilib  

Nazir kollegiya iclasında tapşırıqlar verdi   
17.07.2018, 11:45

Nazir kollegiya iclasında tapşırıqlar verdi  

Ermənistan müdafiə nazirinin oğlu da Qarabağda əsgərlik çəkəcək
17.07.2018, 11:37

Ermənistan müdafiə nazirinin oğlu da Qarabağda əsgərlik çəkəcək

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ
17.07.2018, 11:28

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi
17.07.2018, 11:28

Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

Allahşükür Paşazadə Gəncəyə getdi
17.07.2018, 11:18

Allahşükür Paşazadə Gəncəyə getdi

Gədəbəydə qardaşını öldürən bacını polis saxladı
17.07.2018, 11:09

Gədəbəydə qardaşını öldürən bacını polis saxladı

Dövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHI
17.07.2018, 10:38

Dövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHI

Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü... - YENİLƏNİB
17.07.2018, 10:35

Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü... - YENİLƏNİB

Azercell-dən məktəblilər üçün pulsuz dərslər
17.07.2018, 10:31

Azercell-dən məktəblilər üçün pulsuz dərslər

Eldar Əzizov kollektivə təqdim olundu
17.07.2018, 10:30

Eldar Əzizov kollektivə təqdim olundu

“BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu”
17.07.2018, 10:26

“BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu”

Tramp bəşəriyyətin ən böyük dərdindən DANIŞDI
17.07.2018, 10:23

Tramp bəşəriyyətin ən böyük dərdindən DANIŞDI

Sürücülərin nəzərinə: Bu tuneldə hərəkət məhdudlaşdırılacaq
17.07.2018, 10:14

Sürücülərin nəzərinə: Bu tuneldə hərəkət məhdudlaşdırılacaq

KapitalBank “Təhsil avtobusu”nun rəsmi tərəfdaşıdır
17.07.2018, 10:06

KapitalBank “Təhsil avtobusu”nun rəsmi tərəfdaşıdır

Bu magistrallarda təmir gedir
17.07.2018, 10:00

Bu magistrallarda təmir gedir

ARXİV