Modern.az

Azərbaycana gələn turistlərə endirim kartları verilə bilər

Azərbaycana gələn turistlərə endirim kartları verilə bilər

12 Oktyabr 2017, 14:46

Gələn il keçirilməsi nəzərdə tutulan III Bakı Şopinq Festivalı çərçivəsində turistlərə xüsusi endirim kartları təqdim oluna bilər.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazir bildirib ki, Azərbaycana gələn turistlər bu kartların köməyi ilə ticarət mərkəzlərində xüsusi endirimlər əldə edəcəklər: "Hazırda bu ideya üzərində işləyirik. Məsələni diqqətlə öyrənmək və həmin kartlar üzrə mümkün dövriyyəni təhlil etmək lazımdır".

 

Ə.Qarayevin sözlərinə görə, 3-cü festivalda daha bir yenilik isə festivalın sponsoru qismində ilk dəfə Azərbaycan bankının çıxış etməsi olacaq: "Biz artıq "Azər Türk Bak"la həmin məsələ üzrə razılıq əldə etmişik".

 

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi