Modern.az

Bakıda tələbə qızlardan oğurluq edən şəxs yaxalandı  

Bakıda tələbə qızlardan oğurluq edən şəxs yaxalandı   

12 Oktyabr 2017, 15:01

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.


Bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.

        
DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal görülən tədbirlərlə  həmin şəxs yaxalanıb.

        
Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, «Samsung» və «İphone -7» markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

        
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş  Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə  Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub.


Faktla bağlı araşdırma aparılır.

              

         

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?