24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - TƏHSİL - Qalmaqallı dərsliyin müəllifləri Nazirliyə çağırıldı - Müəllif: “Xəritədə Albaniyanın adı yazılmalıydı”
Qalmaqallı dərsliyin müəllifləri Nazirliyə çağırıldı - Müəllif: “Xəritədə Albaniyanın adı yazılmalıydı”
12.10.2017, 15:15

“Mən dərslikdə olan məlum problemi texniki səhv hesab edirəm. Dərsliklərdə səhvlər hər zaman olub. Hətta elə dərsliklər olub ki, ordadakı səhvlər 10 illərlə qalıb. Bizim bu dərsliyimiz çap olunmazdan əvvəl elektron variantda müzakirə də  edilib. Bəzi qeydlər aparılıb. Dərslikdə olan məlum problemin texniki səhv olduğunu Təhsil Nazirliyi, nəşriyyat və müəlliflər də etiraf ediblər”.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxelogiya və etnoqrafiya institunun aparıcı elmi işçisi, X siniflər üçün rus dilində “Всеобщая история” (“Ümumi tarix”) dərsliyinin müəlliflərindən olan Təvəkkül Əliyev Modern.az-a açıqlamasında deyib.

O, bildirib ki, çox qısa müddətdə dərslikdə olan qüsur aradan qaldırılıb və yenidən nəşr olunub.

“Bundan sonra dərslik rusdilli məktəblərimizə paylanılıb. Tarix dərslikləri həm də siyasi məsələ deməkdir. Burada çoxlu ideoloji məsələlər var. Ayrı-ayrılıqda bu dərsliyin müəllifləri tanınmasa da, onu deyim ki, biz vətənimizi çox sevirik. Biz nədən imtina edirik, ermənilər ona sahib çıxırlar. Bəzi sözlər var ki, onlardan imtina etdikcə, özümüzə qarşı istifadə edilir. Əvvəllər ermənilər “Dağlıq Qarabağ” deyirdilər. İndi isə “Artsax” deyirlər. Bu əsl türk sözüdür - “Ər-sax”. Biz indi “Artsax” sözünü kitablarda işlədə bilmərik. Çünki başqa cür başa düşüləcək.  Çünki biz “Artsax” sözünü işlədən kimi deyəcəklər ki, ermənindir, adını çəkməyin. İnandırım sizi ki, “Artsax” deyənləri xalq düşmənləri adlandıracağıq. Halbuki, bizim sözdür və dədə-baba ərazimizdir”.


T.Əliyev deyib ki, qalmaqallı dərsliyin müəlliflərini nazirliyə çağırıblar və orada məsələnin məğzi öyrənilib.


“Amma müəlliflərlə bağlı hər hansısa cəza tədbiri görülməyib. Sadəcə, nazirlikdə dərsliklə bağlı səmimi müzakirə aparıldı. Əsas məqsəd də bu idi ki, belə hallara gələcəkdə yol verilməsin. İclasda xəritə ilə bağlı da fikir mübadiləsi aparıldı. Biz etiraf edirik ki, xəritədə Albaniyanın adı yazılmalı və ərazisi göstərilməliydi. Bu qüsurdur. Biz bunu versəydik, bəlkə də bu söz-söhbətlər olmazdı. Bizdə kartoqrafiya inkişaf etməyib və ona görə də bu kimi problemlər ortaya çıxır. Bizim xəritə işi ilə bağlı problemlərimiz var”.


Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub.

Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Bu xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hiddətləndirib.

Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib. 

Aşkarlanmış səhv dərsliyi çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil veriblər.

Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab
24.09.2018, 00:41

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı
24.09.2018, 00:17

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı

Gənc qız intihara cəhd etdi
23.09.2018, 23:48

Gənc qız intihara cəhd etdi

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə
23.09.2018, 23:27

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO
23.09.2018, 23:04

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO

Binəli Yıldırım Özbəkistana getdi
23.09.2018, 22:51

Binəli Yıldırım Özbəkistana getdi

“Qarabağ” “Qəbələ”yə şans vermədi
23.09.2018, 22:24

“Qarabağ” “Qəbələ”yə şans vermədi

Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ
23.09.2018, 12:51

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər
23.09.2018, 12:28

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

ARXİV