19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verilib
Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verilib +
12.10.2017, 15:19

Oktyabrın 12-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəb rektorları, yazarlar və mədəniyyət  xadimləri iştirak edib.

 

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimində məlumat verilib ki, üç mərtəbədən ibarət mərkəzdə  uşaq və yeniyetmələrin  yaradıcı təxəyyülünün  inkişafı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 2.000 kv.metr olan mərkəzin 1-ci mərtəbəsində gözləmə zalı, mətbəx, 2-ci mərtəbədə ümumilikdə 16 otaq, akt zalı, qrim otağı, foye var. Burada hərəsi 1 olmaqla rəsm, musiqi, elm, bacarıqlı əllər, hərəsi 2 olmaqla robototexnika, məktəbəhazırlıq, hərəsi 3 olmaqla inzibati və köməkçi otaqlar fəaliyyət göstərir. 3-cü mərtəbədə isə 18 otaq - 2 rəqs zalı, teatr studiyası, 2 rəsm və məşğələ otağı, 4 soyunub-geyinmə otağı, kostyum otağı, konfrans zalı, 4 inzibati və 2 köməkçi otaq mövcuddur.

 

Modern.az xəbər verir ki, mərkəz fəaliyyətini  4-16 yaşlı uşaq və yeniyetmələr  üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə  təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçiriləcək. Burada Multielm,  Multirəsm, Məktəbəhazırlıq, Robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb, mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət üçün beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlim keçirilib.

 

Qonaqlara mərkəzdə fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumat verilib. Bildirilib ki, mərkəzin ikinci mərtəbəsində böyük məkanda yerləşən, uşaqların məktəbdənkənar kurikulum əsasında bacarıqlarını inkişaf etdirən bu kurslarda uşaqlar cəlbedici tədris proqramlarının köməyi ilə təsviri sənət aləmi ilə yaxından tanış ola, musiqi bacarıqlarını inkişaf etdirə bilərlər.

 

Yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası, interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncə, təxəyyülün inkişafına yardım edəcək. “Multicentr” layihəsinin bir hissəsi olan “Multielm” modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması  imkanı verəcək.

 

Mərasim mərkəzin üzvləri olan respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatlarının ifaları ilə davam etdirilib.

Mərkəzin direktoru Lalə Qəti ölkəmizdə təhsilə olan dövlət qayğısından danışıb və belə bir şəraitin yaradılması üçün təşəkkürünü bildirib.

 

Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək mərkəzin kollektivini yeni bazanın fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. Nazir son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rolunu diqqətə çatdıran təhsil naziri burada yaradılan şəraitin onlara bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını vurğulayıb.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır.

 

Mərkəz 43 illik fəaliyyəti ərzində respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə uğurla iştirak edib, dəfələrlə beynəlxalq festival və müsabiqələrin qalibi olub. Mərkəzin yetirmələri Gürcüstan və İtaliyada keçirilmiş festivallarda “Qran-pri” mükafatına, həmçinin Türkiyə, Amerika, Çexiya, Polşa, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Yaponiya, İngiltərə, Yunanıstan, Misir, İordaniya, Norveç, Hindistan, Niderland, Avstriya, İtaliya və digər ölkələrdə keçirilən müsabiqə, sərgi festivallarda I, II ,III yerlərə, diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar
19.07.2018, 17:14

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO    
19.07.2018, 17:04

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO  

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR
19.07.2018, 16:50

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA
19.07.2018, 16:40

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO
19.07.2018, 16:05

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”
19.07.2018, 15:59

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir
19.07.2018, 15:56

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı
19.07.2018, 15:25

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA
19.07.2018, 15:22

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA

Keçmiş müsavatçı silahdaşlarını birləşməyə ÇAĞIRDI: “Arif Hacılı partiyanı dərnəyə çevirib”
19.07.2018, 14:58

Keçmiş müsavatçı silahdaşlarını birləşməyə ÇAĞIRDI: “Arif Hacılı partiyanı dərnəyə çevirib”

Nazirlik qarpızın bahalaşmasına AYDINLIQ GƏTİRDİ
19.07.2018, 14:55

Nazirlik qarpızın bahalaşmasına AYDINLIQ GƏTİRDİ

I və IV qrupun imtahan cavabları yaxın 2 gündə açıqlanacaq
19.07.2018, 14:34

I və IV qrupun imtahan cavabları yaxın 2 gündə açıqlanacaq

İlham Əliyev və Sercio Mattarella
19.07.2018, 13:56

İlham Əliyev və Sercio Mattarella "Şah İsmayılın sərgisi"ndə... - FOTOLAR

Rusiyada talış-azərbaycanlı DÜŞMƏNÇİLİYİ
19.07.2018, 13:35

Rusiyada talış-azərbaycanlı DÜŞMƏNÇİLİYİ

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL
19.07.2018, 13:13

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL

Şahzadə Cocuq Mərcanlıya getdi
19.07.2018, 13:10

Şahzadə Cocuq Mərcanlıya getdi

Sabahın hava PROQNOZU açıqlandı   
19.07.2018, 13:04

Sabahın hava PROQNOZU açıqlandı  

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ
19.07.2018, 13:02

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ

Adnanın şər yuvası
19.07.2018, 12:59

Adnanın şər yuvası

İbtidai sinif müəllimlərinin imtahanında 3094 nəfər iştirak edib
19.07.2018, 12:48

İbtidai sinif müəllimlərinin imtahanında 3094 nəfər iştirak edib

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO
19.07.2018, 12:43

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO

Paşinyan Rusiyaya barmaq silkələdi, təxribatda İTTİHAM ETDİ
19.07.2018, 12:40

Paşinyan Rusiyaya barmaq silkələdi, təxribatda İTTİHAM ETDİ

Yol polisi sürücülərə müraciət etdi - Çirkli avtomobillər...
19.07.2018, 12:24

Yol polisi sürücülərə müraciət etdi - Çirkli avtomobillər...

5 min yaşı olan qədim tikililər aşkarlandı
19.07.2018, 12:22

5 min yaşı olan qədim tikililər aşkarlandı

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018, 12:16

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub

25 yaşlı gəncin meyiti tapılıb
19.07.2018, 12:11

25 yaşlı gəncin meyiti tapılıb

Azərbaycan Dilqəm və Şahbaza görə Avropa məhkəməsinə sorğu göndərir
19.07.2018, 12:00

Azərbaycan Dilqəm və Şahbaza görə Avropa məhkəməsinə sorğu göndərir

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb  
19.07.2018, 11:59

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb  

Xaricdəki 206 azərbaycanlı Azərbaycana qaytarılıb
19.07.2018, 11:56

Xaricdəki 206 azərbaycanlı Azərbaycana qaytarılıb

8 il öz qızını zorlayan telekanal sahibinə ağır CƏZA
19.07.2018, 11:55

8 il öz qızını zorlayan telekanal sahibinə ağır CƏZA

Nazir: “Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində əməkdaşlığa maraqlıdır”
19.07.2018, 11:53

Nazir: “Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində əməkdaşlığa maraqlıdır”

ARXİV