Modern.az

Azərbaycanlı təbib: “Kimya-terapiya bəşəriyyətə qarşı işlənən ən ağır cinayətdir”  

Azərbaycanlı təbib: “Kimya-terapiya bəşəriyyətə qarşı işlənən ən ağır cinayətdir”   

12 Oktyabr 2017, 16:22

“Bütün dərdlərin çarəsi pəhrizdir” - Məhəmməd peyğəmbər.

Dünya tibb elminin banisi, böyük loğman Hippokrat xəstələri kimyəvi dərmanlarla müalicə eləmirdi. Hippokratın "biz nə yeyiriksə oyuq" kəlamını rəhbər tutan dünya şöhrətli Şərq təbibi İbn Sina da öz xəstələrinə şəfanı dərmanın köməyi ilə deyil, sağlam qidanın qüdrəti hesabına verirdi. Elm və texnika, xüsusilə də, kimya elmi tərəqqi etdikcə, Hippokrat andı içən həkimlər HİPPOKRAT YOLUNDAN UZAQLAŞDI VƏ TƏBABƏTİ YIRTICI BİZNESƏ DÖNDƏRDİ.

Bu gün Hippokratın bəşəriyyətə bəxş etdiyi şəfa elmindən zərrə qədər əsər-əlamət qalmayıb, bir quru ad qalıb. 

Bir zamanlar cərrahiyyə əməliyyatı aparılarkən, əsasən, ağrıkəsici kimi istifadə edilən dərman indi bu sahədə də hegemonluğu ələ alıb - əməliyyat vaxtı istifadə edilən cüzi miqdarda dərman ona qədər və ondan sonra "kimya-terapiya" adı altında aparılan həddən ziyada ağır, sarsıdıcı və çox bahalı "müalicədə" işlənən "firmenni" dərmanların yanında heç nədir. 

Təkcə onu demək kifayətdir ki, bir neçə kurs "kimya-terapiya" alan xəstənin rəngi tanınmaz dərəcədə saralır və saçı tamam tökülür. Bəzən bunun üçün 1 kurs da bəs edir. 

Gör orqanizm necə böyük zərbə alır ki, saç dərhal tökülür!!!

Hippokrat andı içən, lakin yırtıcı biznesin qanunları ilə yaşayan müasir həkimlər, ağır dərdə düşmüş və əli yerdən-göydən üzülmüş zavallı xəstələri qorxudaraq, onları evi-eşiyi satıb, ağır borc altına girib, külli miqdarda pul toplamağa və sağlamlığı sarsıdan, immun sistemini tamam öldürən "müalicə" kursu keçməyə vadar edirlər. 

Nəticə isə həmişə eyni olur: aldadılmış zavallı xəstələrin pulu da gedir canı da.

Həkim isə öz harınlığını və var-dövlətini çarəsiz insanların bədbəxtliyi üzərində qurur. 

Mən bəşəriyyət əlehinə yönəldilən bundan ağır cinayət tanımıram. Özü də cəzasız qalan cinayət. 

Ey insanlar! Canınızı və cibinizi cəlladlara etibar etməyin, özünüz öz həkiminiz olun - ana təbiətə tapının, sağlam olun və uzun ömr yaşayın!!!


Ərşad Əzimzadə
"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin 
rəhbəri, yazıçı - jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...