Modern.az

Milli Şura: “Prezidentliyə namizədimiz Əli Kərimli də ola bilər, Cəmil Həsənli də”

Milli Şura: “Prezidentliyə namizədimiz Əli Kərimli də ola bilər, Cəmil Həsənli də”

12 Oktyabr 2017, 16:27

“Hələ ki Milli Şurada 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədin kim olacağı barədə müzakirələr aparılmır. 2013-cü ildəki prezident seçkilərində Milli Şuranın geniş tərkibdə iclası keçirildi və Cəmil Həsənlinin namizədliyi irəli sürüldü. Amma indi bu haqda fikir bildirmək hələ tezdir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.

 

O bildirib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin istənilən üzvü prezident seçkilərində namizədliyini verə bilər.

 

“Əlbəttə ki, Cəmil Həsənli və Əli Kərimli də daxil olmaqla, Koordinasiya Mərkəzinin istənilən üzvü prezident seçkilərinə namizədliyini verə bilər. Hələ ki Milli Şura Prezident seçkilərinə kimin namizəd olacağı məsələsini öz müzakirələrində prioritet saymır. 

Yəqin ki, yaxın günlərdə və həftələrdə bu məsələyə baxılacaq”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər