Modern.az

Rəsmi sənədləri saxtalaşdırmağa görə cəzalar sərtləşdirilir  

Rəsmi sənədləri saxtalaşdırmağa görə cəzalar sərtləşdirilir   

Aktual

12 Oktyabr 2017, 17:00

Rəsmi sənədləri, ştampları, möhürləri talayan və ya məhv edən şəxslərə qarşı tələblər sərtləşdirilir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin  326.1 və 326.2-ci maddələrinə dəyişikliklər təklif edilir.

 

Belə ki, 326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?