Modern.az

Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilir

Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilir

12 Oktyabr 2017, 20:28

Sabah Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək.

Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyindən Modern.az-a verilən məlumata görə, axşam, ilkin olaraq, saat 11:00-da Bakı Dövlət Universitetinin Böyük Akt Zalında xüsusi mərasim keçiriləcək. Tədbirdə ali məktəbin rektoru Abel Məhərrəmov, Türkiyə rəsmiləri və Festival Komitəsinin üzvlərinin çıxışları gözlənilir. Mərasim çərçivəsində filmlərin nümayişi ilə yanaşı, panel müzakirələrin keçirilməsi də nəzərdə tutulub.

Axşam, saat 19:00-da isə Nizami Kino Mərkəzində festivalın rəsmi açılış mərasimi olacaq. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Səfirliyin  Məədniyyət müşaviri, tanınmış alim və ədib İrfan Çiftçi və digər  rəsmi şəxslərin çıxışları olacaq. Proqramın rəhbəri İrfan Çiftçidir.

Tamaşaçılar oktyabrın 15-dək yarışda dərəcə əldə edən digər filmlərə də baxmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Türk Dünyası Jurnalistlər Federasiyasının  Türk mədəniyyətinin təbliği məqsədi ilə təşkil etdiyi Türk Dünyası Sənədli Filmlər Festivalı 2016-cı ildə “5 ölkə, 7 şəhər, 1 festival” şüarı ilə yola çıxmışdı. Bu il isə festival əhatə dairəsini daha da böyüdüb: “6 ölkə, 13 seans, 1 festival”.

Türkiyəli rejissor Gülşən Sarunun “Sırac” filmi festivalda üçüncü yerə layiq görülüb. Filmdə min il bundan əvvəl Orta Asiyadan Anadoluya köç edən Oğuz boylarından Beydili tayfasına adi olan Sırac türkmənlərindən bəhs olunur. Anadolunun dağlıq bölgələrindən yaşayan Sıraclar qədim mədəniyyətlərini gələcək nəsillər üçün qoruyub saxlayan bir toplumdur. Tokatın Zile rayonunun Karacaörən kəndində baş tutan çəkilişlərdə onların adət-ənənələri və inancları toy, yas və ad günü mərasimləri ilə izləyiciləri çatdırılır. Eyni zamanda sənədli filmin çəkilişləri Karşıpınar və Almusun Hübyar kəndində aparılıb.

Azərbaycanlı gənc rejissorlar, Bakı Dövlət Universitetinin tələbələri Azər Ağayevlə Rəvanə Səmədovanın “Yol” filmi də festivalda fərqlənən filmlərdən olub. Bu ekran işində isə 19-20-ci əsrlərdə dəfələrlə sürgünə məruz qalan Ahıska türklərinin qayğılı, keşməkeşli həyatından bəhs olunur. Sənədli filmdə bu əzabkeş türklərin Stalinin deporatsiya siyasəti, Fərqanə hadisələri və digər səbəblərdən sürgün olunması və Azərbaycanda yeni, doğma torpaqlardan uzaq həyata alışma prosesi öz əksini tapıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir