Modern.az

Kürd muxtariyyəti ilə dialoq üçün əsas şərt AÇIQLANDI

Kürd muxtariyyəti ilə dialoq üçün əsas şərt AÇIQLANDI

12 Oktyabr 2017, 20:53

"İraqın ərazi bütövlüyünün və birliyi və bölünməzliyinin tanınması kürd muxtariyyəti ilə dialoqun başlanması üçün əsas şərtdir.  Bizim mövqeyimiz aydındır. İstənilən dialoq aşağıdakı prinsiplərlə əsaslanmalıdır – İraqın bölünməzliyi, İraq Konstitusiyasının icrası və referendumun nəticələrindən imtina. Bu mövqenin  hər hansı müzakirələrə, təşəbbüslərə və ya vasitəçiliyə ehtiyacı yoxdur". Modern.az APA-ya istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl Abadi bildirib.

 

Baş nazir İraq hökumətinin “Kürdüstan”ı boykot etdiyini, Bağdadla bölgə arasında münasibətlərin davam etdiyini qeyd edib.

 

Qeyd edək ki,  sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub