Modern.az

Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı

Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı

12 Oktyabr 2017, 21:21

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.

 

Səfirliyin məlumatında bildirilir ki, respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır: "KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib. Rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir