Modern.az

Seçkilərin 4-cü turu da nəticə vermədi

Seçkilərin 4-cü turu da nəticə vermədi

12 Oktyabr 2017, 22:05

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin 4-cü turu da nəticə verməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

 

Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postuna 3 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir və Fransa təmsilçiləridir. Bir qədər əvvəl Çin və Livan təmsilçiləri namizədliyini geri götürüb.

 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı