Modern.az

XİN: “Abdullanı İraqdan Bakıya gətirdik, Xədicəni isə yox, onlar bacı-qardaş deyillər” - AÇIQLAMA  

XİN: “Abdullanı İraqdan Bakıya gətirdik, Xədicəni isə yox, onlar bacı-qardaş deyillər” - AÇIQLAMA   

Hadisə

13 Oktyabr 2017, 09:45

Valideynləri İŞİD-ə qoşulan 4 yaşlı Abdulla Azərbaycana gətirilib.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O qeyd edib ki, azyaşlı 12 oktyabr gecə saatlarında Bakıya gətirilib:

“Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiətilə Abdulla adlandırılan azyaşlı azərbaycanlı uşağın Azərbaycana gətirilməsi təmin olunub”.

 

H.Hacıyev deyib ki, digər azərbaycanlı uşağın sənədləşmə işləri başa çatmayıb:

“Mətbuatın Xədicə adlandırdığı uşaqla Abdulla adlandırılan uşaq bacı-qardaş deyil. Xədicənin valideynlərinin, yaxınlarının kimliyi müəyyənləşdirilir”.

XİN rəsmisi bildirib ki, hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycanda olan uşağın qohumlarına təhvil verilməsi istiqamətində işlər aparılır.

 

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Telafer şəhərindən xilas edilərək, Bağdada gətiriliblər. İlk dəfə Rusiya televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.

Onların valideynlərinin İŞİD terror təşkilatına qoşulduğu və daha sonra öldürüldüyü bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi