23 fevral 2018, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - “Xocalı günü Ermənistan səfirliyi qarşısına 50 nəfəri güclə yığa bildik” - MÜSAHİBƏ
“Xocalı günü Ermənistan səfirliyi qarşısına 50 nəfəri güclə yığa bildik” - MÜSAHİBƏ
13.10.2017, 10:44

Uzun müddət Gürcüstanda yaşamış jurnalist Amil Hacıyev qonşu ölkədəki vəziyyətlə bağlı Modern.az-a müsahibə verib. O, oktyabrın 21-də bələdiyyə və icra başçısı olmaq uğrunda keçiriləcək seçkilərdən də danışıb.

 

- Oktyabrın 21-də Gürcüstanda bələdiyyə və icra hakimiyyətinə seçkilər keçiriləcək. Seçkilərdə azərbaycanlıların fəallığı nə dərəcədədir?

- Rəsmi statistikaya diqqət etsək, Gürcüstanın 10% hissəsini azərbaycanlıların təşkil etdiyini görərik. “Gürcüstanda yaşayan azərbaycanlılar” ifadəsini tez-tez işlədirik. Halbuki, oralar bizim tarixi torpaqlarımızdır.Yerli xalqıq, biz ora gəlməmişik. Amma azərbaycanlılar dövlət və hökümət işlərində kifayət qədər  təmsil olunmur. Gürcüstan parlamentində deputatların sayı 150 nəfərdir. 150 nəfərin arasında 4 deputatımız var. Onlar Azər Süleymanov, Savalan Mirzəyev, Mahir Dərziyev və Ruslan Hacıyevdir. Amma bizim deputatların sayı daha çox olmalıdır. Azərbaycanlıların dövlət və rəsmi işlərə təyinatı adətən görüntü xarakteri daşıyıb ki, baxın, sizin də nümayəndəniz var. Ötənilki parlament seçkilərindən sonra artıq hakim partiya azərbaycanlıların seçkidəki rolunu anladı. Marneuildə baş verən hadisələr göstərdi ki, azərbaycanlılar da bir olub, sözlərini deyə bilərlər. Bu il isə məhz həmin hadisələrə görə ilk dəfə hakim partiya azərbaycanlının namizədliyini irəli sürdü.

Gürcüstanda idaretmə fərqlidir. Bir şəhərdə həm icra başçısı, həm də bələdiyyə sədri olur. Üstəlik, sayca çox olan şəhərlərdə mer də var. Amma əsl idarəetmə bələdiyyələrin əlindədir. İcra sturkuru adından göründüyü kimi bələdiyyələrin qəbul etdiyi layihələri icra edir. Amma Marneuildə bu sistem fərqli idi. İcra başçısı gürcü olduğuna görə idarəetmə onda idi. Bələdiyyə sədri azərbaycanlı olduğuna görə səlahiyyətlərini demək olar ki, icra başçısı yerinə yetirirdi.

- Deyə bilərikmi, seçki prosesindən kənar qalmağımızın günahı elə özümüzük?

- Saakaşvilinin Gürcüstana gətirdiyi demokratiya Marneuli və azərbaycanlıların sıx yaşadığı digər  regionlarda tam təcəssüm olunmurdu. Baxmayaraq ki, ora vətəndaşı olduğumuzu hiss edirdik. Təəssüf ki, hər zaman  azərbaycanlılara “ikinci sort” millət kimi yanaşırlar. Bəli, günahkar özümüzük. Azərbaycanlılar həmişə Gürcüstanda iqtidarın yanında olublar. Bunu gürcülər dəfələrlə deyirlər. Amma ötənilki seçkilərdə bunun əksi oldu. Çünki  demokratiyanın dadını görmüşük. Təəssüf ki, təzyiqlər və təsirlər yenə öz işini gördü.

- Gürcüstanda yaşayan soydaşlarımızın ən böyük problemi nədir ki, biz onları ictimai, siyasi həyatda aktiv görə bilmirik.

- Ən böyük problem həmvətənlərimizin gürcü dilini bilməməsidir. Bir dəfə Saakaşvili, prezidentliyi dövründə o vaxt millət vəkili olan Allahverdi Hümbətovdan 35 yaşa qədər gürcü dilini bilən və ali savadı olan azərbaycanlı gənclərlə bağlı  xahiş edib. Onları müxtəlif nazirliklərin müavin postunda yerləşdirməklə irəli getmələrinə şərait yaradacağını bildirib. Təəssüf ki, belə kriteriyalara sahib 5 gəncimiz olmayıb.
İndi isə vəziyyət başqadır. Artıq azərbaycanlılar gürcü dilini bilir. Bu da Saakaşvilinin həmvətənlərimizə verdiyi faydalı tərəflərdən biridir. Hazırda Gürcüstanda 1+4 proqramı mövcuddur. Həmin proqrama əsasən, bir il gürcü dilini öyrənirsən. Sonrakı dövrdə isə əsas ali təhsil proqramı başlayır. Burada Azərbaycan dövlətinin dəstəyi də qeyd olunmalıdır. İndi Gürcüstanda hərtərəfli yetişən gənclərın sayı çoxalıb. Gürcü dilinə maraq artıb. Hər halda, dövlət dilini bilmək baxımından zəruridir. Məsələn, bizim dövlət dilimiz Azərbaycan dilidir. İdmançılarımız, nazirlərimiz Azərbaycan dilində danışa bilməsə, onlara qarşı bir antipatiya yaranar. Ona görə də milliyətindən asılı olmayaraq, vətəndaşı olduğun dövlətin dilini bilməlisən. İndi gürcü dilini bilən minlərlə gəncimiz var. Hansı biri irəli çəkilir? Bu bəhanə də aradan qaldırılıb. Amma barmaqla sayılacaq qədər azərbaycanlı dövlət və hökümət işində çalışır.



- Siz bir müddət əvvəl  Azərbaycanı tərk edib Gürcüstana köçəcəyinizi dediz. Köçdünüz də... Lakin sonra geri qayıtdız. Səbəb nə idi?

- Burdan getməyə qərar verəndə Azərbaycana qayıtmamağı qarşıma məqsəd qoymuşdum. Amma bu, mümkün olmadı. Çünki orada adi müəllim işləməyə belə, şərait yaratmırlar və mənə də qarşı eyni hal baş verdi. “Bu, filan partiyanın nümayəndəsidir” deyib təzyiq edirdilər. Hiss etdim ki, Gürcüstanda yaşaya bilməyəcəm. Orada xəbər saytı yaratdım. Təsəvvür edin, xeyli maraqla qarşılandı və bu, bir ilk idi. Amma Vahid Milli Hərəkat Partiyasından deputat olan Azər Süleymaovun yanında olduğuma və bu partiyaya bağlılığıma görə reklam vermək istəyən iş adamlarına kimlərsə zəng vurur, təzyiq edirdi. “Müxalifətçini maliyyələşdirməyin” deyə deputatların adından tapşırıq verirdi. Gürcüstana gedəndə həmin deputatlarla məsələni araşdıracam. Bəlkə həmin adam özbaşına edib bu məsələləri. Həm də orada bəziləri məni qəbul edə bilmədilər. Üzdə Azərbaycan üçün çalışıb, əslində Facebook-da reklamla məşğul olanlar gizlində nələr görmürlər ki...
Xocalı faciəsi ilə bağlı Ermənistan səfirliyi qarşısında 50 azərbaycanlını güclə yığa bildik. İnanın, utandığımdan yerə girirdim. Harda idi o Azərbaycandan milyonlarla qrant alıb yeyənlər. Facebook-da tələbələrimizə “aksiyaya gəlməyin, təhlükəsizliyinizə zəmanət yoxdu” deyib,  hamını yayındırırdılar. Amma indi müxalifətdə olduğuna görə Azərbaycanla bağlı tədbirlərə dəvət olunmayan Azər Süleymanov onda sinəsini irəli verib, özü getdi aksiyaya. Çoxdu belə faktlar, bəlkə qocalsam, kitab da yazaram. Deyirsən özgəni, demirsən özünü yandırır.

- Azərbaycanlılar Saakaşvilinin dövründə daha rahat və demokrtik idilər, yoxsa Marqvelaşvilinin?

-Tam səmimi cavab verəcəm. Gömrükdən tutmuş digər sahələrə qədər Saakaşvilinin dövründə daha rahat idi. Sadəcə, Saakaşvilinin vergi və sanksiyalar sistemi insanları ondan narazı etdi. Məsələn, birinin 1000 kvadrat metr, başqasının 50 kvadrat metr supermarketi var. Yoxlanma müddətində böyük marketdəd də bir saat vaxtı keçmiş məhsula 10.000 cərimə yazırdı, 50 kvadrat metrlik marketə də. Sadəcə, Saakaşvili kadrlarda dəyişiklik etmişdi, gənclər üstünlük təşkil edirdi.
Marvelaşvili isə artıq həmin səlahiyyətlərə malik deyil. Ölkəni baş nazir idarə edir. Amma gedin soruşun, yaxşılığa doğru nəsə dəyişibmi? Yox. Hamısı Saakaşvilinin qoyduğu sistemdir, əksinə daha da pisləşir vəziyyət.

- Təəssüfedici məqam Marneulidə yaşayan azərbaycanlılarla bağlıdır. Axalkalakidə yaşayan ermənilər isə daha aktivdirlər.

- Ermənilər Gürcüstanın hər bir işində aktivdir. Gürcü bələdiyyəsində erməni, polis sistemində erməni, deputatları erməni... Təsəvvür edin ki, ermənilər 2016-cı ilin parlament seçkilərində deputat yerini bizdən az qazandılar. İlk dəfə qondarma erməni soyqırımı ilə bağlı parlamentdə çıxış edə bilmədilər deyə, həmin deputatın maşınını yandırdılar. Ermənilərdə təzyiq budur. Bizdə isə siyasi mübarizə çox  aşağı düşüb. Çəkinmədən deyirəm ki, burada azərbaycanlıların da günahı var. Şevardnadzenin dövründə soydaşlarımızın ümid yeri Azərbaycan idi. Hələ də o məsələni davam etdirməyə çalışırıq. Öz haqqımızı tələb edə bilmirik deyə, dərhal Azərbaycandan kömək istəyirik. Kömək edilməyəndə də küsürük. Halbuki, Azərbaycan da, Gürcüstan da müstəqil dövlətdir. Axı, bu dövlətlər bir-birinin işinə necə müdaxilə edə bilər?! Dəfələrlə deyirəm ki, səfirliyi bu məsələyə qatmayın. Məgər Gürcüstanda Azərbaycan şirkətləri sıxılmır? Əlbəttə, sıxılır. SOCAR-ı da, iş adamlarını da Gürcüstanda sıxırlar. Maraqlısı odur ki, elə öz əlimizlə özümüzü sıxırlar.
Marneulidə maraqlı bir mənzərə var. Yolun bir tərəfində hakim partiyanın, digər tərəfində isə müxalifətin kiçik məkanı var. Bunlar bir-birini izləməklə məşğuldur ki, görüm müxalifətdən iqtidara ya da əksinə kim keçir?!! Bir növ çayxana savaşı gedir. Marneuilidə müxalifətə səs verdiyinə görə işindən çıxarılan onlarla adam var. Savadlı, dünyagörüşlü gənclərimiz tənqid yazanda müxalifətçi adı ilə damğalayırlar. Əslində həmin şəxslər istənilən iqtidarı tənqid edə bilərlər.

- Müxalifətdə olan deputatımız Azər Süleymanovun müxalifətçi olması onun üçün hansısa manelərə yol açırmı?

- Əlbəttə açır. Bu gün Azərbaycan Respublikanın tədbirlərinə Azər Süleymanov dəvət almır. Halbuki, Azər Süleymanov qədər orada Azərbaycan adına vuruşan olubmu?! Azər Süleymanov hər zaman Marneuliyə azərbaycanlıların başçılıq etməsinə çalışıb. Təəssüf ki, fərqli situasiyalar baş verdiyindən  dəyişik heç nə olmayıb.
Sizə bir sirr açım: hakim partiyanın azərbaycanlı namizəd verməsində onun rolu var. Bunu az adam bilir. Azər Süleymanovla seçkidən 3 ay əvvəl bu barədə danışmışdıq. Hakim partiya azərbaycanlı namizəd verməsə, Azər Süleymanov özü namizəd olacaq. O artıq qüvvədir və inandırım sizi qələbə qazanacaqdı. Bu amil də təsir etdi.


- Oktyabrın 21-də keçiriləcək bələdiyyə və icra başçısı olmaq uğrunda  seçkilər bizə nə vəd edir?

- Onu deyə bilərəm ki, seçki prosesi öncəsi böyük pullar oynayır. Dmanisi kimi regionda azərbaycanlıları çağırıb “Quran”a əl basdırırlar ki,“and iç, hakim partiyaya səs verəcəm”. Bolnisidə aktiv namizəd Samirə İsmayılovadır. Amma onun seçilməsi mümkün görünmür. Çünki Bolnisidə gürcülər çoxdur. Marneulidə gürcülər oyun oynayacaqlar. Bələdiyyə sədri gürcü olacaq, icra başçısı isə azərbaycanlı. Azərbaycanlı yenə də burada fiqur rolunda olacaq. Çünki idarəetmə bələdiyyədədir. Amiran Georqadze bələdiyyə sədri olacaq. Üstəlik, bizimkilər israrla “mənə gürcü rəhbər gətir azərbaycanlı istəmirəm” deyirsə, gürcünün bizə  yanaşması necə olmalıdır ki?!
Bu seçkilərdə əsas mübarizə Vahid Milli Hərəkat Partiyası və hakim “Gürcü arzusu” koalisiyası arasında olacaq. Namizədlərə gəlincə, hakim partiya şanslıdır. Əhməd İmamquliyev isə əvvəlki təsir gücünü itirib. Çünki onu hamı Saakaşvilinin kadrı kimi tanıyırdı. Amma o, partiyanı tərk etməklə yanaşı, əvvəlki liderinin də siyasətini tənqid elədi. Rəhim Əsgərov ondan şanslıdır. Çünki o hamının sevimlisi Mişanın partiyasını təmsil edir. Fikrimcə, hakim partiya əvvəlki illərlə müqayisədə daha az səs toplayacaq. Amma hər şeyi pul həll edir...


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Xocalı və Srebrenitsa şahidlərinin dünyaya müraciəti: “Xocalı soyqırımını tanıyın”
23.02.2018, 02:04

Xocalı və Srebrenitsa şahidlərinin dünyaya müraciəti: “Xocalı soyqırımını tanıyın”

Türkiyə Niderland parlamentinin qərarını qınadı
23.02.2018, 01:00

Türkiyə Niderland parlamentinin qərarını qınadı

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı
23.02.2018, 00:45

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı

“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı ən ağır cinayətdir” – Əli Həsənov
23.02.2018, 00:36

“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı ən ağır cinayətdir” – Əli Həsənov

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı
23.02.2018, 00:20

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı

Vyanada İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib
23.02.2018, 00:07

Vyanada İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib

ATƏT məkanında mətbuat azadlığı və plüralizm tam təmin olunmalıdır
22.02.2018, 23:53

ATƏT məkanında mətbuat azadlığı və plüralizm tam təmin olunmalıdır

Prezident ABŞ-da xəstəxanaya yerləşdirildi
22.02.2018, 23:38

Prezident ABŞ-da xəstəxanaya yerləşdirildi

Azərbaycan nefti bahalaşdı
22.02.2018, 23:17

Azərbaycan nefti bahalaşdı

Leyla Əliyeva Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tamaşanın təqdimatında - Fotolar
22.02.2018, 23:03

Leyla Əliyeva Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tamaşanın təqdimatında - Fotolar

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı
22.02.2018, 22:50

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı
22.02.2018, 22:36

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı

Müdafiə nazirləri Rusiyaya toplandı
22.02.2018, 22:20

Müdafiə nazirləri Rusiyaya toplandı

"Bitcoin"in yenidən ucuzlaşıb
22.02.2018, 22:06

"Bitcoin"in yenidən ucuzlaşıb

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib
22.02.2018, 21:50

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib

Aparıcı politoloqla əlbəyaxa davaya çıxdı - Video
22.02.2018, 21:36

Aparıcı politoloqla əlbəyaxa davaya çıxdı - Video

Rusiyada terror aktının qarşısı alınıb
22.02.2018, 21:22

Rusiyada terror aktının qarşısı alınıb

Azərbaycan Küveyt əlaqələri inkişaf edir
22.02.2018, 21:09

Azərbaycan Küveyt əlaqələri inkişaf edir

Azərbaycanda 30 min 131 narkotik istifadəçisi var
22.02.2018, 20:57

Azərbaycanda 30 min 131 narkotik istifadəçisi var

Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb
22.02.2018, 20:42

Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb

Təyyarələrdə mobil  xidmətlərin dayandırılma səbəbi  . . .
22.02.2018, 20:28

Təyyarələrdə mobil  xidmətlərin dayandırılma səbəbi  . . .

Ermənistan Qarabağda 9 hərbçisini itirdi
22.02.2018, 20:14

Ermənistan Qarabağda 9 hərbçisini itirdi

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ   
22.02.2018, 20:03

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ  

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir
22.02.2018, 19:56

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir

Naxçıvana 3 milyon manat ayrıldı
22.02.2018, 18:57

Naxçıvana 3 milyon manat ayrıldı

Prezidentin fərdi təqaüdü 1450 manat olacaq
22.02.2018, 18:52

Prezidentin fərdi təqaüdü 1450 manat olacaq

Gənc istedadların təqaüdü 100 manat artırıldı
22.02.2018, 18:45

Gənc istedadların təqaüdü 100 manat artırıldı

Bakının bu rayonlarında içməli su olmayacaq
22.02.2018, 18:37

Bakının bu rayonlarında içməli su olmayacaq

Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq
22.02.2018, 18:31

Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb
22.02.2018, 18:24

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb

Prezident Bruney sultanını təbrik edib
22.02.2018, 18:19

Prezident Bruney sultanını təbrik edib

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu
22.02.2018, 18:07

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam verdi
22.02.2018, 17:53

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam verdi

Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı
22.02.2018, 17:52

Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı

Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb   
22.02.2018, 17:46

Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb  

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(9.43%)
“Bazarstore”(7.54%)
“Neptun” marketləri(1.88%)
“Favorit” marketi(7.54%)
“Makromarket”(3.77%)
“Bizim market”(1.88%)
“Rahat market”(3.77%)
“Bravo” marketləri(13.2%)
“Oba market”(11.3%)
Heç biri - digər mağazalar(39.6%)