Modern.az

Qəza yerindən qaçan sürücüləri daha sərt cəzalar gözləyir

Qəza yerindən qaçan sürücüləri daha sərt cəzalar gözləyir

Aktual

13 Oktyabr 2017, 10:49

Yol nəqliyyat hadisəsi yerindən sürücülər barədə cəzalar sərtləşdirilir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsinə (Yol nəqliyyat hadisəsi yerindən qaçma) yeni cəza əlavə edilir.

 

Belə ki, Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma)  və ya 263-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçan şəxslər - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?