Modern.az

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - I YAZI

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - I YAZI

Ədəbi̇yyat

13 Oktyabr 2017, 11:08

Erməni xislətinin şeytan toxumunu səpməsi...


Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında, o cümlədən “İki od arasında” əsərində tarixilik güclü olmaqla yanaşı, konkret tarixi dövrlə bağlı da maraqlı məlumatlar var. Heç şübhəsiz ki, Yusif Vəzir Çəmənzəminlinin buna nail olmasının səbəbləri olmuşdur. Həmin səbəblər sırasında onun tarixi mənbələri oxuması, bilməsi heç də az rol oynamamışdır. Odur ki, Yusif Vəzir Çəmənzəminlinin tariximizə dərindən bələdçiliyini onun yaradıcılığında hiss etməmək, duymamaq mümkün deyildir. Bu baxımdan “İki od arasında” romanında bir çox məsələlərlə yanaşı, erməni məsələsinə də yer verilir. Daha doğrusu, ermənilərlə bağlı bəzi məlumatları əldə etmək olur. Belə ki, təsvir olunan hadisələrin içərisində ermənilərlə əlaqəli hadisələr diqqəti cəlb etməyə bilmir. Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsərində Molla Pənah Vaqifi, Mirzə Əliməmmədi və Ohan keşişi nahara saxlayan Məmmədhəsən ağanın evində yeməkdən sonra bir neçə il əvvəl Londondan Qarabağa gəlmiş Yusif Əmin adlı bir ermənidən söhbət düşür. Molla Pənah Vaqif təəssüflə qeyd edir ki, Yusif Əmin adlı ermənini görə bilmədi. Ona deyilənə görə Yusif Əmin adlı erməni dilavər bir adam imiş. Ancaq Mirzə Əliməmmədin söhbətə qarışmasından aydın olur ki, Yusif Əmin adlı erməni dilavər olsa da, bir illəti varmış, hər sözü tüğyan imiş. Ancaq xan onun cavanlığına güzəşt edərək günahlarını bağışlamışdır. Söhbət ondan gedir ki, Yusif Əmin adlı erməni şeytan toxumu səpərək müsəlmanların qırğınını təşkil etmək istəmişdir. Bununla da Yusif Vəzir Çəmənzəminli erməni xislətinin nədən ibarət olduğunu tarixi fakta çevirmişdir. Ohan keşişin erməni Yusif Əmin barədə dedikləri də bunu təsdiq edir: “Xan çox böyük bir nəcabət göstərdi, – dedi, – Yusif Əmin, bilirsiniz, həmədanlı idi, gedib Londonda oxumuşdu, sonra Fitilburgə (Peterburqa – B.X.) gəlir, mərdimazar əlinə keçir, öyrədib, yolundan edirlər. Deyirlər: get, erməniləri yığ, danış, de ki, müsəlmanları qırsınlar, qorxmasınlar. Biz köməyə gələcəyik. O da gəldi. Dağıstanda, Tiflisdə və buralarda bir az dolandı, erməni tacirlərindən pul yığmaq istədi. Üç kilsəyə getdi, bizim başsız patriarxdan xeyir-dua aldı... axırda gördü bir şey çıxmayacaq, itilib getdi Hindistana...” Ohan keşişin dediklərindən də görünür ki, ermənilərə, o cümlədən Yusif Əmin adlı erməniyə həmişə nəcabət göstərilsə də, onlar müsəlmanlara qarşı olmuş, qırğınlar törətmək üçün maliyyə dəstəyi axtarmış, öz pis əməllərini həyata keçirmək üçün kilsədən, patriarxdan xeyir-dua almışlar. İç üzləri açıldıqdan, niyyətləri baş tutmadıqdan sonra xarici ölkələrə çıxıb getmişlər, erməni Yusif Əmin kimi. Erməni Yusif Əmin onu öyrədənlərin niyyətini həyata keçirə bilmədikdən sonra Hindistana getmişdir. Bu hal bir Yusif Əmin adlı erməninin simasinda ermənilərin xisləti kimi həmişə olub, indi də belədir.


Erməni xislətini açmaqda Mirzə Əliməmmədin Molla Pənah Vaqifə və Ohan keşişə dediklərindən bir məqamı xatırlamaq yerinə düşər. Mirzə Əliməmməd deyir: “Yusif Əminin buraya şeytanət toxumu salmağa gəldiyini bilirdik. İrakli xanın da yanına getmişdi, üz göstərməmişdi. Xan bu məsələni mənə həvalə etmişdi. Özü ilə görüşdüm. Dedim, cəmi Azərbaycan xanlıqlarında ermənilərin sayı on min ev ola-olmaya. Bu bir ovuc xalqdan padşahlıq çıxmaz. Özləri də alverçi və əkinçi tayfadır. Tərəkəmə kimi at belində qılınc oynada bilməz... Yenə öz dediyini dedi. Deyirdi, mənim dalımda ingilis padşahı durub, toplarının zərbindən yer zəlzələ edir... Xülasə, yerindən oynatmışdılar...” Mirzə Əliməmmədin dediklərində aydın olur ki, bütün dövrlərdə, eləcə də Molla Pənah Vaqifin eşikağası olduğu dövrdə, yəni Qarabağ xanlığı dövründə xarici ölkələrin öyrətdikləri Yusif Əmin kimi ermənilər padşahlıq qurmaq iddiasında olmuş, saylarının az olmasına baxmayaraq, öz niyyətlərini İrakli xandan da gizlətməmiş, şeytan toxumunu səpməkdən nə çəkinmiş, nə də utanmışlar. Elə hesab etmişlər ki, onları öyrədən havadarları arxalarında durub niyyətlərini həyata keçirməyə kömək edəcəklər. Ermənilərin bu cür düşünmələri bütün zamanlarda eyni olmuşdur, indi də belədir, görünür ki, gələcəkdə də belə olacaqdır. Onlar bəzi xarici ölkələrin maraq dairəsinin aləti kimi istifadə olunurlar. Mirzə Əliməmmədin dediyi kimi, özləri də alverçi, əkinci tayfa olmaqla at belində qılınc oynatmağı bacarmırlar. Sadəcə olaraq bu bir ovuc xalq (ermənilər) tarix boyu, indi də kimlərinsə əlində alət kimi istifadə olunurlar. Kimlərinsə əlində alət kimi istifadə olunmaq erməni xislətinin bir göstəricisi kimi özünü göstərir.


Ermənilərdə yaltaqlıq, ikiüzlülük, kimlərəsə yarınmaq xisləti...


Ermənilərdə yaltaqlıq, ikiüzlülük, kimlərəsə yarınmaq xisləti də bir milli keyfiyyətdir. Bunu Ohan keşişin əsəbi bir halda Molla Pənah Vaqifə və Mirzə Əliməmmədə söylədikləri də təsdiq edir: “Bu başsızlar (erməniləri nəzərdə tutur–B.X.) bunu başa düşmürlər ki, ingilis və ya rus padşahının xətrinə Nuh zamanından bir yerdə yaşadığımız gor qonşumuzla pislik edə bilmərik. O padşahların kefinə yetişib, bura gəlincə bizi burda qırıblar: qurunun oduna yaş da yanır...” Ohan keşişin bu cür yarınmaqla söylədikləri, həm də əsəbi halda söylədikləri erməni xislətindəki ikiüzlülüyün nə demək olduğunu bir daha təsdiqləyir. Molla Pənah Vaqif, Mirzə Əliməmməd və Ohan keşiş arasında olan söhbətdə maraqlı məqamlardan biri də erməni xalqına rəhbərlik edənlərin iç üzünün açılmasıdır. Bu mənada “İki od arasında” romanında yazılır: “Ohan burunotusunu çəkib, bir az sakit olduqdan sonra erməni xalqına rəhbərlik etməyə qalxışanların tarixçəsini anlatdı. Bu tarixçə çox qanlı və olduqca məntiqsiz bir şey idi. Hələ XVII əsrin sonlarında “Oriy” adlı birisi macəra və zənginlik arxasınca qoşaraq özünü Avropaya salmış, uzun illər İtaliyanı, Fransanı, Almaniyanı dolaşıb, cilddən-cildə girmişdi. XIV Luiyə xidmət edən kimi, Pfals qurfürstünə də yaxınlaşa bilmişdi: çeviklik və yaltaqlığı ilə bir müddətdə Vyana sarayına yaramışdı, rəcallara erməni üsyanı vədə verib, Karlovits sülh müahidəsini Vyananın faydasına olaraq çevirmək üçün rəsmi bir vəzifə ilə İstanbula belə getmişdi. Eyni zamanda Oriy Avropa ordularına sursat satıb, zəngin olmaq məqsədini də unutmamışdı. Macəra düşgünü Oriyə bu fəaliyyət az görünür. Bu dəfə o özünü Moskvaya birinci Petronun yanına verir. Böyük bir plan təqdim edir, qurfürstüna Şərqə gedib erməniləri qurtaracaq qoşununa yol istəyir. Buna razılıq göstərilməyir. Yenə erməni üsyanı vəd edilir; casusluq, bələdçilik kimi işlərə hazır olduğunu bildirir. Bu səfər ona Vartapet Minas adlı bir erməni ruhanisi də yoldaş çıxmışdı”. Deməli, Oriy adlı bir erməninin macəra və zənginlik arxasınca İtaliyanı, Fransanı, Almaniyanı gəzməsi, cilddən-cildə girərək XIV Luiyə xidmət etməsi, yaltaqlığı ilə Vyana sarayına yarınması, Avropa ordularına sursat satması və s. işlərlə məşğul olması erməni xislətindən, erməninin casusluqla məşğul olmasından xəbər verir. Ermənilərin bu xisləti həmişə olmuş və indi də davam etməkdədir. Onlar ixtiyar sahiblərindən rütbə, vəzifə almaq üçün dəridən, qabıqdan çıxır, istifadə olunur, böyük dövlətlərin maraqlarına xidmət edirlər. Yenə də Oriy adlı erməninin simasında bunu görməmək mümkün deyildir. “İki od arasında” romanında yazılır: “Petronun İran səfəri, Astrabad sahilində bir şəhər salmaq və Hindistana əl uzatmaq fikri vardı. Bu fikir onu çoxdan məşğul edir, lakin Osmanlı və İsveç dövlətləri ilə davam edən müharibə buna mane olurdu. Hər halda Oriy kimi Şərq dillərinə vaqif olan bir adamdan istifadə etmək Petronun cahangirliyinə əlverişli idi. Oriy bu vəziyyətdən lazımınca faydalandı: əvvəla, özünə miralaylıq rütbəsi verilməsini rica etdi; sonra İrana bir rəsmi heyət göndərilməsinə müvəffəq oldu. Petro şah Hüseynə bir məktub göndərib, İranda yaşayan ermənilərin vəziyyətinin yaxşılaşdırılmasını rica etdi. Bu, bəhanə idi. Əsl məsələ İranı öyrənmək, onun maddi və mənəvi qüvvələrini bilmək, əsgərinin, qalalarının, yollarının vəziyyətinə bələd olmaq idi. Deməli, erməni xalqı bir sıra macəraçıların vasitəsilə atəşə soxulur, ortalıqda böyük imperialistlər məqsədlərinə çatırdılar”. Aydınca görünür ki, tarix boyu ermənilər böyük dövlətlər tərəfindən müxtəlif yerlərə göndərilmiş, hətta müxtəlif ərazilərdə məskunlaşdırılmış, yerli sakinlərə qarşı əngəllər yaratmışlar. Tarix boyu ermənilər yaşadıqları ölkələrə xəyanət etmiş, oradakı məlumatları daha böyük dövlətlərə, daha doğrusu, marağı olan daha böyük dövlətlərə çatdırmışlar. Bu casusluq və xəyanət xisləti Oriy adlı erməninin simasında da, daha doğrusu, əməlində də həyata keçirilmişdir.


Erməni xislətində qonşu xalqlara xəyanət...


Qonşu xalqlara düşmənçilik etmək, bu düşmənçiliyi həyata keçirmək üçün kilsə ilə, erməni ruhaniləri ilə əlaqə qurmaq xisləti də ermənilərə məxsus olan xislətdir. Hətta onlar bu xislətlərinə görə nəticədə nə qədər əziyyət çəksələr də, xislətlərindən əl çəkməmiş və indi də əl çəkmirlər. Odur ki, yenə də Oriy adlı erməni ilə bağlı “İki od arasında” əsərində oxuyuruq: “Oriy heyəti Əjdərxan vasitəsilə İrana getdi, dönərkən Üçkilsəyə baş vurdu, erməni ruhanilərinə və məliklərinə dünyalarca vədə verib döndü. Petronu maraqlandıran məlumatlar alınmışdır, artıq İran səfərinə çıxmaq olardı. Petro bu səfəri yapdı və aldadılmış ermənilər də qonşuları ilə düşmənçilik edib, tamamilə çara bel bağladıqları yerdə, Petro İranı və Qafqazı tərk edib çəkildi. Təbiidir ki, ermənilərin halı xarablaşdı, onlara qarşı böyük bir düşmənçilik vücuda gəldi...

Uzaqdakıların xatirəsi üçün qonşularla düşmənçilik etmək təcrübəsi erməni xalqına baha oturmuşdu. Bunu Ohan gözəlcə bilir və heç vaxt xatirindən çıxarmayırdı. Hər dəfə erməni məsələsi danışılanda onun hirsindən dodaqları əsirdi”.


Ermənilərin xəyanəti həmişə bağışlanıb. Onlar qonaq sifəti ilə gəldikləri ərazilərdə yerli sakinlərə qarşı yağı olublar. Qonaq sifəti ilə Qarabağa gələn Yusif Əminin simasında bu məqamı da aydın şəkildə görürük. Belə ki, Molla Pənah Vaqif, Mirzə Əliməmməd və Ohan keşişin söhbətində Mirzə Əliməmməd deyir: “Bizim xan müdara ilə dolanmaq istəyir. Yusif Əminin bizə yağı olduğunu bilirdik. Amma o, Qalaya gəldi, xan ilə görüşdü. Dedilər: xan onu öldürəcək. Amma... öldürmədi: Qonağa zaval yoxdur, – dedi. Özünə də bir at bağışladı...” Mirzə Əliməmmədin bu sözlərindən sonra Ohan keşiş yenə də erməniyə məxsus olan ikiüzlülüyünü göstərərək deyir ki, onları (yəni erməniləri–B.X.) “duz-çörək tutsun!”

 

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi