Modern.az

Azərbaycan və Bolqarıstan prezidentləri görüşdü

Azərbaycan və Bolqarıstan prezidentləri görüşdü

Aktual

13 Oktyabr 2017, 11:26

Oktyabrın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

 

Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir