Modern.az

Tikinti materialları bahalaşıb  

Tikinti materialları bahalaşıb   

13 Oktyabr 2017, 11:36

Sentyabr ayında tikinti materiallarının pərakəndə satış qiymətlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Modern.az-ın məlumatına görə, consmat.org internet səhifəsi tikinti materialları bazarında apardığı araşdırmaya əsaslanaraq belə qənaətə gəlib. Pərakəndə satış məntəqələri nisbi stabilliyi bir sıra amillərin təsiri ilə əlaqəndirir.

“Milli valyutanın dollara qarşı məzənnəsində stabillik müşahidə olunduğuna görə idxal edilən tikinti materiallarının qiyməti dəyişməyib. Eyni zamanda tikinti işlərində, xüsusi ilə mülki tikintidə durğunluq müşahidə olunur. Buna görə tikinti materiallarına olan tələb aşağı səviyyədədir. Yaxın aylarda da tikinti materialları bazarinda qiymətlər tikinti işlərinin dinamikasından asılı olacaq”.   

Qeyd edək ki, avqust ayında tikinti materiallarının pərakəndə satış qiymətlərində 3,9% bahalaşma müşahidə olunub. Ay ərzində əsas tikinti materialları hesab edilən qum, çınqıl və “otsep”lə yanaşı olaraq dam örtüklərinin, izolyasiya materiallarının və dəmir şəbəkənin qiymətlərində bahalaşma qeydə alınıb.

Qum, çınqıl və “otsep”in qiymətinin artımını satıcılar topdan satış məntəqələrində (karxanalarda) qiymət artımı ilə izah edib. 

İzolyasiya materiallarının avqustda bahalaşmasını isə satıcılar mövsümi amillərin təsiri ilə əlaqəndirir. “Yağışlar başlamadan öncə insanlar izolyasiya işlərini başa çatdırmağa çalışır, bu da tələbi artırır. Tələbdə artım qiymətlərə təsir edir”.

Qeyd edək ki, Azərbaycanda həm yerli istehsal olan, həm də Türkiyə və Rusiya istehsalı olan izolyasiya məhsulları istifadə olunur.

Dəmir şəbəkənin istehsalında istifadə olunan məftil üçün xammal Ukraynadan idxal olunur. Beləliklə, dəmir şəbəkənin bahalaşması Ukraynadan idxal edilən xammalın qiymət artımı ilə izah edilib.

Avqust ayı ərzində nisbi ucuzlaşma katinka, metlax və kafelin qiymətlərində müşahidə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi