Modern.az

Azərbaycanda neçə nəfər Sosialist Əməyi Qəhrəmanı sağdır? - AÇIQLAMA  

Azərbaycanda neçə nəfər Sosialist Əməyi Qəhrəmanı sağdır? - AÇIQLAMA   

13 Oktyabr 2017, 11:56

Oktyabrın 1-də Azərbaycanın Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayevin vəfat etməsilə vaxtilə əmək qəhrəmanı kimi fəxri adlara sahiblənmiş şəxslərin sayı azaldı.

Maraqlıdır, hazırda Azərbaycanın Sosialist Əməyi Qəhrəmanı adını daşıyan əmək veteranlarının neçəsi sağdır?

“Azərbaycanda  60-a yaxın Sosialist Əməyi Qəhrəmanı sağdır. Onların arasında yazıçılar, incəsənət xadimləri, əmək  veteranları var”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib.

Partiya sədri mərhum eks-dprezident Heydər Əliyevdən sitat gətirərək deyib ki, keçmiş SSRİ məkanında mədəniyyət və ədəbiyyat sahəsində Azərbaycandan çox Sosialist Əməyi Qəhrəmanı alan ölkə olmayıb.

“Azərbaycanda təqribən 60-a yaxın Sosialist Əməyi Qəhrəmanı sağ qalıb. Onların hazırda hansı imtiyazlara malik olmağı haqqında isə heç bir məlumatım yoxdur. Amma onu deyə bilərəm ki, sovet dövründə Sosialist Əməyi Qəhrəmanlarının növbədənkənar ev, istirahət məkanlarına yollayış almaq  kimi imtiyazları vardı”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?