Modern.az

Azərbaycanda 8 minə yaxın gözdən əlil uşaq var  

Azərbaycanda 8 minə yaxın gözdən əlil uşaq var   

Aktual

13 Oktyabr 2017, 12:29

Bu gün ölkəmizdə gözdən əlilliyi olan 40 mindən çox xəstə var. Onların 8 minə yaxını uşaqlardır. Oftalmoloqların dediyinə görə, vaxtında müayinə və müalicələrə cəlb olunmaqla onların 80 faizini sağaltmaq mümkündür. Ona görə də təşkil edilən bu tədbir bu mənada çox böyük əhəmiyyət daşıyır.

Modern.azxəbər verir ki, bu faktları Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev “Görmə həftəsi” çərçivəsində əlillərə göstərilən tibbi müayinə tədbirindən əvvəl təşkil edilən mətbuat konfransında söyləyib. Sədr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə birgə təşkil edilən tədbirin cəmiyyətin həssas təbəqəsinə olan qayğı nümunəsi kimi qiymətləndirib.

Sonra Milli Oftalmologiya Mərkəzinin əməkdaşları da tədbir barədə öz fikirlərini söyləyiblər.

Gözdən Əlillər Cəmiyyətində təşkil edilən səyyar yoxlama zamanı 100-dən çox xəstəyə oftalmoloji müayinədən keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır