17 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: “Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq”
İlham Əliyev: “Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq”
13.10.2017, 13:03

Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

 

Dövlət başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram.

 

Azərbaycana xoş gəlmisiniz. Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. Səfərin çox böyük əhəmiyyəti var və əminəm ki, çox gözəl nəticələri də olacaq.

 

Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir.

 

Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz".

 

İlham Əliyevin sözlərinə görə, bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər:

 

"Eyni zamanda, bu gün mən Prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək. İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm.

Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunmuşdur və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq".

 

Prezident əmin olduğunu bildirib ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq: "Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq. Bir halda ki Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq.

 

Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni imkanlar açacaq.

 

Əlbəttə ki, biz humanitar sahədə əməkdaşlıq haqqında da danışdıq. Bu sahə həm Bolqarıstan, həm də Azərbaycan üçün çox önəmlidir. İnsanlararası əlaqələr, humanitar əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq, əlbəttə ki, əlaqələrimizin möhkəm zəminini daha da gücləndirəcək. Bir sözlə, qeyd etdiyim məsələlər artıq əyani şəkildə göstərir ki, bizim əməkdaşlığımız çoxşaxəlidir və çox uğurludur. Prezidentin səfəri bu sözlərimi bir daha təsdiqləyir.

 

Cənab Prezident, Sizi bir daha salamlayıram və Sizə ən xoş arzularımı bildirirəm".

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Azərkosmos” müstəqil qurum oldu
17.10.2017, 18:59

“Azərkosmos” müstəqil qurum oldu

Sumqayıtda İran vətəndaşını öldürən 5 nəfər saxlanıldı
17.10.2017, 18:54

Sumqayıtda İran vətəndaşını öldürən 5 nəfər saxlanıldı

Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib
17.10.2017, 18:41

Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu
17.10.2017, 18:33

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
17.10.2017, 18:21

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO
17.10.2017, 18:17

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu
17.10.2017, 17:51

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq
17.10.2017, 17:50

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək
17.10.2017, 17:50

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi
17.10.2017, 17:36

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi
17.10.2017, 17:34

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü
17.10.2017, 17:28

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü

Dollar cüzi UCUZLAŞDI 
17.10.2017, 17:24

Dollar cüzi UCUZLAŞDI 

Vergi güzəştlərinin tətbiqi labüddür  
17.10.2017, 17:13

Vergi güzəştlərinin tətbiqi labüddür  

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI
17.10.2017, 17:05

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək
17.10.2017, 17:00

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək   
17.10.2017, 16:51

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək  

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ
17.10.2017, 16:42

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR
17.10.2017, 16:39

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub   
17.10.2017, 16:31

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub  

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
17.10.2017, 16:30

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər
17.10.2017, 16:14

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ   
17.10.2017, 15:53

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ  

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”
17.10.2017, 15:50

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”

Bakıda mənzildən qadın meyiti tapıldı   
17.10.2017, 15:44

Bakıda mənzildən qadın meyiti tapıldı  

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb
17.10.2017, 15:36

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi   
17.10.2017, 15:29

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi  

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”
17.10.2017, 15:17

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi
17.10.2017, 15:14

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib
17.10.2017, 15:03

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”   
17.10.2017, 14:47

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”  

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi
17.10.2017, 14:27

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı
17.10.2017, 14:15

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq
17.10.2017, 14:08

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib
17.10.2017, 14:07

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.63%)
“Azərişıq”(30.9%)
“Azərsu”(10.5%)
“Azəristiliktəchizat”(2.11%)
Heç biri(50.7%)