Modern.az

Seçki komissiyalarının işini pozanlara yeni cəzalar müəyyənləşdi

Seçki komissiyalarının işini pozanlara yeni cəzalar müəyyənləşdi

13 Oktyabr 2017, 14:05

Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərməyə görə yeni cəza tətbiq olunacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 160-cı maddəsinə (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) dəyişiklik təklif edilir.

160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etməyə görə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

160.2. Eyni hərəkətlər:

160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;

160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu