Modern.az

AŞPA-nın türkiyəli üzvü Azərbaycanla bağlı qətnamələri qalmaqallı adlandırıb

AŞPA-nın türkiyəli üzvü Azərbaycanla bağlı qətnamələri qalmaqallı adlandırıb

Aktual

13 Oktyabr 2017, 16:03

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanla bağlı qalmaqallı qərarlar qəbul olundu.

 

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Əminə Nur Günay deyib.

 

O, sessiyada bir sıra qalmaqallı qərarların qəbul olunduğunu bildirib:

 

"Daha bir qalmaqallı qərar isə Azərbaycanla bağlı qəbul edildi. Bu, Türkiyə haqqında verilən qərara bənzər bir qərar idi".

 

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında həqiqətə uyğun olmayan fikirlərin yer aldığı “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələr qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir