Modern.az

Ağdamda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Ağdamda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

13 Oktyabr 2017, 18:09

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi