Modern.az

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edir

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edir

Dünya

13 Oktyabr 2017, 21:59

ABŞ hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib. Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə nazirliyinin saytında bildirilir.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terroru dəstəkləyən təşkilatlar siyahısına daxil edilib.

Həmçinin, İranın “Fanamoj”, “Rastafann Ertebat Engineering Company” və “Shahid Alamolhoda Industries” şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib.

Vaşinqtonda çıxış edən D.Tramp növbəti dəfə İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.

ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

Tramp həmçinin İrana qarşı, terrorun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində  yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi