Modern.az

Gürcüstan polisi xüsusi əməliyyat nəticəsində azərbaycanlını yaxaladı

Gürcüstan polisi xüsusi əməliyyat nəticəsində azərbaycanlını yaxaladı

13 Oktyabr 2017, 22:29

Gürcüstan Daxili İşlər Nazirliyi Rustavi şəhərində xüsusi əməliyyat keçirib. Modern.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.

 

Həmin şəxsin azərbaycanlı olduğu bildirilir. Digər məlumata əsasən, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.

 

Qeyd edək ki, bu gün Gürcüstanın Marneuli rayonunda Azərbaycan vətəndaşı külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır