Modern.az

"İran bundan sonra  da öz raket istehsal proqramını  gücləndirəcək" - Həsən Ruhani

Dünya

14 Oktyabr 2017, 00:03

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald  Trampın verdiyi açıqlamalara münasibət bildirib. Modern.az APA-ya istinadən xəbər verir ki, H.Ruhani  ABŞ prezidenti Donald Trampın  Fars Körfəzini  Ərəb Körfəzi adlandırmasını  tənqid edib.

Prezident vurğulayıb ki, D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil:  “Mən onu tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O həmçinin beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin”.

 

H.Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki,  SEPAH  güclü bir qüvvədir və  xalq həmişə onun yanındadır: “Açıq şəkildə deyirəm ki, biz  terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik”.

 

H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət  Planının pozulmasına nail olmaqdır.

 

“Siz İranın raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar olmusunuz.  Bizim raketlərimiz özünümüdafiə üçündür.  Daim müdafiə üçün qətiyyətli olmuşuq, bu gün  həmişəkindən daha da çox  silah istehsal etmək üçün çalışacağıq.   İran bundan sonra  öz raket istehsal proqramını  daha da  gücləndirəcək. İrana silah sırf müdafiə üçün lazımdır”, deyə H.Ruhani bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər