Modern.az

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən İrana qarşı sərt BƏYANAT: “Bizi raketlə vurmaq istəyiblər”

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən İrana qarşı sərt BƏYANAT: “Bizi raketlə vurmaq istəyiblər”

14 Oktyabr 2017, 10:03

Səudiyyə Ərəbistanı Krallığı ABŞ prezidenti Donald Trampın İran və onun aqressiv kursuna qarşı yürütdüyü qətiyyətli strategiyanı dəstəkləyir.

 

Bu haqda Səudiyyə Ərəbistanın Azərbaycandaki səfirliyindən Modern.az-a daxil olan bəyanatda bildirilir.  

 

Səfirlik bəyan edib ki, rəsmi Ər-Riyad bu mövzuda Trampın görüşlərini yüksək dəyərləndir.

 

Qeyd olunub ki, Səudiyyə Ərəbistanl ümumi çağırışlar, xüsusilə də, İranın regionda yeritdiyi siyasət və təcavüzkar hərəkətlərinin qarşısının alınması üçün Amerika Birləşmiş Ştatlarının bölgədəki müttəfiqləri ilə birgə fəaliyyət göstərəcək.

 

“Səudiyyə Ərəbistanı Krallığı regionumuz və dünyada kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması zərurətinə inanaraq, bundan öncə İran və 5 + 1 dövlətləri arasında nüvə sazişini dəstəkləyib. Bunun İranın nüvə silahı əldə etməsinin hər hansı formada qarşısının alınmasına gətirib çıxaracağını, sülh və təhlükəsizliyə nail olunacağına ümid edib. Lakin İran sanksiyaların qaldırılması nəticəsində yaranan iqtisadi gəlirdən istifadə edərək, ondan regionun sabitliyini pozmağı davam etdırmək üçün istifadə edib, xüsusilə öz ballistik raket proqramını inkişafı etdirib. Terrorizmə o cümlədən Hizbullah və Husi yaraqlılarına dəstək verib”-deyə səfirlik bildirib.

 

Vurğulanıb ki, İran bununla da kifayətlənməyib, beynəlxalq qərarları açıq və kobud şəkildə pozub.

 

Səfirlik hesab edir ki,  bu  potensialı və təcrübələri ona tabe olan yaraqlılara ötürüb,  Husi yaraqlıları isə bu raketlərdən Krallığı hədəfə almaq üçün istifadə ediblər.

 

“Göstərilən faktlar, İranın öz müdafiə potensialını inkişaf etdirməsi ilə bağlı olan iddialarının saxtalığını sübut edir. İran öz təcavüzkar kursunu davam etdirərək Qırmızı dəniz və Ərəb körfəzindəki beynəlxalq dəniz koridorlarını İnqilab Keşikçiləri və Husi yaraqlıları vasitəsilə davamlı hədəfə alıb. Səudiyyə Ərəbistanı və region dövlətlərinə qarşı kiber hücumları davam etdirib.

 

Bundan çıxış edərək, Krallıq Donald Tramp tərəfindən elan edilən arzuedilən məqsədlərə çatmaq, İranın yürütdüyü siyasətin beynəlxalq təhlükəsizlik və sülhə yaratdığı təhlükənin aradan qaldırılması üçün ABŞ və beynəlxalq ictimaiyyətdə olan tərəfdaşları ilə işləməkdə davam edəcək. Belə ki, görüləcək iş yalnız onun nüvə proqramı ilə məhdudlaşmır, geniş mənada onun bütün təcavüzkarlıq fəaliyyətini əhatə edir. İranın kütləvi qırğın silahları əldə etməsi üçün bütün yolların kəsilməsi məqsədini güdür”.

 

Xatırladaq ki, oktyabrın 13-də  Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

 

BMT-nin  baş katibi Antoniu Quterreş isə İranın nüvə proqramı ilə bağlı razılaşmanın qorunub saxlanacağına ümid edir.

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissarı Federika Moqerini də qeyd edib ki, İranın nüvə proqramı razılaşmasına yenidən baxmaq fikrində deyillər.

 

“Biz İranla əldə edilən nüvə razılaşmasını məhv etməyə icazə verə bilmərik. Bu, ikitərəfli razılaşma deyil. Beynəlxalq cəmiyyət və Avropa İttifaqı birgə müqavilənin etibarlı olduğunu və fəaliyyət göstərməyə davam edəcəyini açıq şəkildə bildiriblər".

 

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub