Modern.az

“Qarabağ”ın futbolçusunun qızı dünyasını dəyişdi

“Qarabağ”ın futbolçusunun qızı dünyasını dəyişdi

14 Oktyabr 2017, 14:38

Bu gün Qarabağ klubunda yarımmüdafiəçi kimi çıxış edən haitili futbolçu Donald Gerryenin qızı dünyasını dəyişib.

 

Modern.az saytının xəbərinə görə, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

 

Qeyd edək ki, Gerrye 6 iyul 2017-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Qarabağ” klubu ilə iki illik müqavilə imzalayıb.

 

Vild-Donald Gerye Qarabağ klubu ilə debütünü 11 iyul 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Samtredia klubuna qarşı oyunda edib.

 

O, ikinci hissədə oyuna daxil olub və 83-cü dəqiqədə qolla yadda qalıb. Həmin görüşdə “Qarabağ” rəqibinə 5-0 hesabı ilə qalib gəlib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir