15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Müəllifindən başqa milyonların oxuduğu “BÖYÜK KİTAB” - “KİÇİK TORPAQ”
Müəllifindən başqa milyonların oxuduğu “BÖYÜK KİTAB” - “KİÇİK TORPAQ” +
14.10.2017, 21:26

Leonid İliçin sonuncu ali mükafatlarından sonra Kremldə narahatlıq yaranmağa başlayır. Bütün fəxri adları, rütbələri almış Brejnevi sevindirmək üçün daha nə etməli? Baş katibi hansı mükafatla ovundurmalı, əyləndirməli? Vəziyyət Kreml məmurlarını əməlli-başlı çətinliyə salır. Nəhayət, Konstantin Çernenko vəziyyətdən çıxış yolu tapır - Brejnevi yeni kitabların müəllifi etmək, bu sahədə ona populyarlıq qazandırmaq, məşhurlaşdırmaq...

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

Təbii ki, belə təklif  Brejnevin ürəyincə olur. Çernenkonun “ideya”sı Baş katibin xoşuna gəlir. Hətta buna görə Leonid İliç Çernenkonun “tapıntısı”nı cavabsız qoymur, onu Siyasi Büro üzvlüyünə namizədlikdən üzvlüyə keçirir.

“Politbüro”nun xeyir-duasından sonra kitabın kimlər tərəfindən hazırlanması məsələsi gündəmə gəlir. Bu iş ölkənin tanınmış və bacarıqlı bir neçə jurnalistinə tapşırılır. “Kiçik torpaq” kitabını “İzvestiya” qəzetində çalışan publisist Arkadi Saxnin yazır, “Dirçəliş” tanınmış jurnalist Anatoli Aqronovskinin qələmindən çıxır, “Xam torpaq” isə “Pravda” qəzetinin aparıcı müxbiri Aleksandr Murzinin məhsulu olur. Kitabların hazırlanmasına ümumi rəhbərlik SİTA-nın baş direktoru Leonid Zamyatin və onun birinci müavini Vitali İqnatenkoya həvalə olunur.

 

Qısa müddət ərzində yazılmış bu üç kitab hərəsi ayrı-ayrılıqda 15 milyon tirajla çap olunur. Kitabların öyrənilməsi məktəb proqramlarına salınır. Ayrı-ayrı mətbu orqanlarda cap edilir, radio vasitəsi ilə səsləndirilir. Trilogiya tərcümə olunaraq dünyanın 120 olkəsinin milli kitabxanalarına paylanır. SSRİ-nin demək olar ki, bütün müəssisə və təşkilatlarında kitabların müzakirəsi aparılır. Brejnev bu kitablara şəxsi imzasını ataraq böyük fəxrlə onları ölkəyə gələn mötəbər qonaqlara hədiyyə edir. Kütləvi İnformasiya vasitələrində Baş katibin yaradıcılıq uğurları haqqında geniş yazılar dərc olunur. Bir sözlə SSRİ həmin dövrdə Leonid İliçin yaradıcılıq ab-havası ilə yaşayır.

 

1980-ci ilin aprel ayında Brejnev “müəllif”i olduğu trilogiyaya görə Lenin mükafatına layiq görülür. Ancaq bu hələ harasıdır, o həmin dövr üçün ağılasığmaz bir məbləğdə, 180 min rubl qonorar da alır.

 

Brejnevin əsərləri sovet ideologiyası sayəsində populyarlıq qazanmaqla yanaşı, yeni lətifələrin yaranmasına da səbəb olur. Əlbəttə, çoxları yaxşı bilirdilər ki, Leonid İliçin bu kitabların bir sətirindən belə xəbəri yoxdur və beləliklə də el arasında gəzən söz-söhbətlər lətifələrə çevrilir. Onlardan birini xatırlamaq yerinə düşər:

 

“Kremldə Brejnevin trilogiyasının təqdimat mərasimi keçirilir. Natiqlər uzun-uzadı Leonid İliçin tükənməz yaradıcılıq imkanlarından, müəllifi olduğu kitabların əvəzsiz yaradıcılıq məhsulu olmağından geninə-boluna təriflər yağdırırlar. Təriflərdən xoşhallanan Brejnev, nəhayət, təəcübünü gizlədə bilməyərək yanında əyləşən Çernenkodan pıçıltı ilə soruşur:

- Konstantin Ustinoviç, doğurdanmı bu kitablar belə dəyərlidir?

 

- Əlbəttə, Leonid İliç.

 

- Onda gərək mən də oxuyum...”

 

Brejnev trilogiyasının kimlər tərəfindən yazıldığı bir müddət sirr saxlanılsa da, müəlliflər sonradan məlum olub. O da məlum olub ki, Brejnev kitabın əziyyətini çəkənlərə bir rubl da olsa zəhmət haqqı, qonorar verməyib və yaxud bu haqda göstərişi olmayıb. Qonorar əvəzinə Aleksandr Murzin “Xalqlar dostluğu”, Arkadi Saxnin isə “Oktybr inqlabı” ordeni ilə təltif olunublar.

Müəlliflərdən biri bu münasibəti haqsızlıq kimi qəbul edərək xatirələrində yazıb: “Biz həmin dövr üçün tələb olunan əsərləri lazımi səviyyədə hazırlamışdıq. Sözsüz ki, bu işə kifayət qədər zəhmət sərf etmişdik. Çoxları elə bilirdi ki, kitablara görə bizə Moskvanın mərkəzində mənzil və “Volqa” avtomobili veriblər. Amma heç də belə deyil. Heç bir mənzildən və avtomobildən söhbət gedə bilməz. Halal qonorarımızı verməyəndən sonra hansı hədiyyələrdən danışmaq olar?”.

Brejnevin trilogiyası ilə bağlı meydana çıxan ən maraqlı sual isə odur ki, görəsən Leonid İliç özü o kitabları oxumuşdumu? Kitabın əsl müəlliflərindən biri bu sualı bir sözlə cavablandırıb: “İnanmıram”


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hər bir azərbaycanlının Prezidenti
15.10.2018, 13:32

Hər bir azərbaycanlının Prezidenti

Ömürlük məhkumlarla bağlı qanun dəyişir   
15.10.2018, 13:25

Ömürlük məhkumlarla bağlı qanun dəyişir  

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO
15.10.2018, 13:20

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO

On beş il: sabit və təhlükəsiz Azərbaycan
15.10.2018, 13:15

On beş il: sabit və təhlükəsiz Azərbaycan

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir
15.10.2018, 13:12

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı   
15.10.2018, 13:09

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı  

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ
15.10.2018, 13:05

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ

Ermənistan prezidenti Azərbaycan ərazisində
15.10.2018, 12:58

Ermənistan prezidenti Azərbaycan ərazisində

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı   
15.10.2018, 12:52

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı  

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO
15.10.2018, 12:38

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI
15.10.2018, 12:30

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

Britaniya kraliçası növbəti dəfə nənə olacaq
15.10.2018, 12:27

Britaniya kraliçası növbəti dəfə nənə olacaq

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb
15.10.2018, 12:24

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ
15.10.2018, 12:22

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

UNEC stendi mükafata layiq görüldü - FOTO
15.10.2018, 12:12

UNEC stendi mükafata layiq görüldü - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI   
15.10.2018, 12:06

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI  

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”
15.10.2018, 12:01

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15.10.2018, 11:54

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR
15.10.2018, 11:52

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır   
15.10.2018, 11:51

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır  

Telefon oğrusu tutuldu
15.10.2018, 11:47

Telefon oğrusu tutuldu

İtaliya Avropa İttifaqını çökdürə bilər
15.10.2018, 11:42

İtaliya Avropa İttifaqını çökdürə bilər

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA
15.10.2018, 11:37

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur
15.10.2018, 11:31

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur

Prezident və birinci xanım Lənkəranda
15.10.2018, 11:27

Prezident və birinci xanım Lənkəranda

Bu yolda təmir gedir!
15.10.2018, 11:26

Bu yolda təmir gedir!

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi
15.10.2018, 11:20

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi

Vəzifə tutmaq istəyənlərin nəzərinə!
15.10.2018, 11:13

Vəzifə tutmaq istəyənlərin nəzərinə!

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA
15.10.2018, 11:11

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur
15.10.2018, 11:02

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir
15.10.2018, 10:59

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir

Bakıda akkumulyator oğruları tutuldu - FOTO
15.10.2018, 10:53

Bakıda akkumulyator oğruları tutuldu - FOTO

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib
15.10.2018, 10:46

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO
15.10.2018, 10:40

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO

“İlk sevgi insana qismət olmur” - Deputat Vahid Əhmədov “Mənim kəndim” rubrikasında - FOTOLAR   
15.10.2018, 10:34

“İlk sevgi insana qismət olmur” - Deputat Vahid Əhmədov “Mənim kəndim” rubrikasında - FOTOLAR  

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı
15.10.2018, 10:27

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı

Borclu olan 17 nəfər saxlanılıb
15.10.2018, 10:20

Borclu olan 17 nəfər saxlanılıb

Bakı Ali Neft Məktəbi  Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir
15.10.2018, 10:13

Bakı Ali Neft Məktəbi  Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir

Gömrükdə 240 ədəd mobil telefon ələ keçirildi - FOTO
15.10.2018, 10:06

Gömrükdə 240 ədəd mobil telefon ələ keçirildi - FOTO

ATƏT sərhəddə monitorinq keçirəcək
15.10.2018, 09:59

ATƏT sərhəddə monitorinq keçirəcək

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK
15.10.2018, 09:55

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 
15.10.2018, 09:44

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa   
15.10.2018, 09:42

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa  

Novruz Məmmədov Muxtar Babayevin səlahiyyətini artırdı - QƏRAR
15.10.2018, 09:40

Novruz Məmmədov Muxtar Babayevin səlahiyyətini artırdı - QƏRAR

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI
15.10.2018, 09:34

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

Bakının mərkəzində CANLI TƏHLÜKƏ    
15.10.2018, 09:26

Bakının mərkəzində CANLI TƏHLÜKƏ   

Ermənistan atəşkəsi 28 dəfə pozdu   
15.10.2018, 09:21

Ermənistan atəşkəsi 28 dəfə pozdu  

Nazim Hikmətin oğlu ÖLDÜ
15.10.2018, 09:03

Nazim Hikmətin oğlu ÖLDÜ

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi
15.10.2018, 08:42

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi

Yenidoğulmuşun şikayəti
15.10.2018, 08:28

Yenidoğulmuşun şikayəti

ARXİV