Modern.az

Yanğın ABŞ-a 2 milyard dollar ziyan vurdu

Yanğın ABŞ-a 2 milyard dollar ziyan vurdu

15 Oktyabr 2017, 00:57

Kaliforniyada meşə yanğınları davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, meşə yanğınlarında indiyədək 40-a yaxın insan həlak olub. Daha 400 nəfər itkin düşüb. Əyalətdə 17 nöqtədə baş verən yanğınlarda 3500 ev və ofis zərər görüb, 647 kvadrat kilometr meşə ərazisi yanaraq kül olub. Bölgədən 5 min sakin məcburi şəkildə təxliyə edilib.

Qeyd edək ki, ABŞ-da bu il ərzində baş verən meşə yanğınları 2 milyard dollar məbləğində maddi ziyan vurub. Bu, indiyədək, yanğınlar nəticəsində dəyən ən böyük zərərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu