Modern.az

Avstriyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

Avstriyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

15 Oktyabr 2017, 21:33

Avstriyada oktyabrın 15-də  keçirilən növbədənkənar parlament seçkisinin ilk nəticələri məlum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bülletenlərin 54 faizinin hesablanmasından sonra, seçkilərdə hazırkı xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar “Avstriya Xalq Partiyası” qalıb gəlir. Partiya seçicilərin 36,45 faiz səsini qazanıb.

İkinci yerdə sağçı “Azadlıq” partiyası  (29,33 faiz), üçüncü isə sədri hazırkı baş nazir Kristian Kern olan “Avstriya Sosial Demokrat partiyasıdır (23,07). İlkin nəticələrə əsasən, beş partiya 5 faizlik seçki baryerini keçə bilər. Adıçəkilən partiyalardan başqa buna “Yeni Avstriya” (5,8 faiz) və “Yaşıllar” partiyası (4,2 faiz) nail olublar.

Qeyd edək ki, seçkilərdə 16 partiya və siyasi hərəkat iştirak edib.

 

10:44

 

Bu gün Avstriyada növbədənkənar parlament seçkiləri keçirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, seçki məntəqələri bəzi yerlərdə artıq səhər saat 05:00-dan fəaliyyətə başlayıb. Gözlənilir ki, 17:00-da seçkilər başa çatacaq.

Məlumata görə, seçkilərin keçirilməsinə hakim koalisiyanın mayın ortalarında ölkə siyasəti ilə bağlı bir sıra məsələlərdə fikir ayrılıqları üzündən dağılması səbəbindən zərurət yaranıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir