24 iyun 2018, Bazar
Ana Səhifə - CƏMİYYƏT - Paytaxt mağazalarında göz oxşayan yalançı endirimlər: Müştərilər necə aldadılır?!
Paytaxt mağazalarında göz oxşayan yalançı endirimlər: Müştərilər necə aldadılır?!
15.10.2017, 11:35

Hər mövsümdə paytaxtın bütün geyim mağazalarında yüksək endirimlər  göz oxşayır. Amma bu endirimlər təkcə geyim mağazalarına şamil edilmir. Endirimlərin şəbəkəsi genişdir. Həm ətirlərə, həm kosmetik vasitələrə, həm də məişət əşyalarına böyük endirimlər olur. İri şriftlərlə yazılmış endirim kampaniyaları hər bir alıcının diqqətini cəlb edir. Hətta, 50-70 faizədək endirimlər təklif olunur.

Müştərilərin çoxu isə bu cür endirimlərin heç də real olmadığı qənaətindədir.

Endirimlərlə bağlı mütəxəssislər nə düşünür?

Saxta endirim adı altında müştərilərin aldadılması qanunla necə tənzimlənir?

İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri, iqtisadi elmlər namizədi Azər Sərdarov Modern.az-a bildirib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir:

 

“Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar. Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirmi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir".

 

A.Sərdarov bildirib ki,  problemin həlli üçün  istehlakçı hüquqlarının qorunması üçün qanunun qəbul edilməlidir:

 

“Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi qiymətlərin monitorinqini aparmalıdır, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir".

 

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında deyib ki, endirim elanlarında qanuna zidd olan bir çox hallar mövcuddur:

 

“İstehlakçı endirim reklamını yayan mağazaya daxil olduqdan sonra, tələb etdiyi malı almaq istəyəndə satıcılar ona deyir ki, endirimlər buna aid deyil. Bundan əlavə, bu cür kampaniya aparılan mağazalarda alınan mal əgər istehlakçının tələbini ödəmirsə, onu geri qaytarmırlar. Üstəlik, səbəb kimi həmin malın endirimli qiymətlə satılmasını göstərirlər”.

 

Eyyub Hüseynov deyir ki, Azərbaycanda endirimlərin 50 faizi yalandan ibarətdir.

 

“Düzdü, dövlət orqanları bu problemlərlə mübarizə aparır, amma  bu sahədə olan problemlər hələ davam etməkdədir. Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən, bütün mağazalarda malların üzərində maddi məsul şəxsin imzası ilə rəsmi qiymət sənədi olmalıdır və endirim edən zaman istehlakçıya onun əvvəlki qiymətinin rəsmi sənədləri göstərilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna görə istehlakçının satılan malın əvvəlki qaimələrini, rəsmi sənədlərini tələb etmək hüququ var. Lakin Azərbaycanda belə deyil. Satılan malların 70 faizinin ümumiyyətlə heç bir rəsmi sənədi yoxdur. Bizim mağazalarda sadəcə etiketlərin üzərində müəyyən bir qiymət yazılır, endirim olduqda isə qələmlə üstündən xətt çəkilərək yeni qiymətləri göstərilir. Qanunvericiliyə əsasən, rəsmi sənədlər əsasında istehlakçı görməlidir ki, endirim nə qədər və necə olub".

 

Eyyub Hüseynovun sözlərinə görə, hər mövsüm gələndə alıcılar aldadılmaqla yanaşı, həm də soyulur.

 

“Şişirdilmiş qiymətlər və yalançı endirimlərlə bağlı böyük problemimiz var. Bu da onu göstərir ki, ölkəmizdə mükəmməl və perspektivli istehlakçı siyasəti formalaşmayıb. Saxta kampaniyaların təbliği insanların cibini bir növ soymağa hesablanıb”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Sən xərçəngə qalib gəlmək gücdəsən”   - Millət vəkili
24.06.2018, 01:02

“Sən xərçəngə qalib gəlmək gücdəsən” - Millət vəkili

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
24.06.2018, 00:52

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

Türkiyə üçün tarixi gün: Xalq həm prezident, həm də parlamenti seçir
24.06.2018, 00:29

Türkiyə üçün tarixi gün: Xalq həm prezident, həm də parlamenti seçir

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO
24.06.2018, 00:16

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı
23.06.2018, 23:59

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı

Mərkəzi Elmi Kitabxana və BDU arasında Memorandum imzalandı-FOTOLAR
23.06.2018, 23:31

Mərkəzi Elmi Kitabxana və BDU arasında Memorandum imzalandı-FOTOLAR

45 İŞİD terrorçusu məhv edildi
23.06.2018, 23:17

45 İŞİD terrorçusu məhv edildi

Sarkisyanın qardaşına qarşı yeyinti ittihamı
23.06.2018, 22:54

Sarkisyanın qardaşına qarşı yeyinti ittihamı

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi - Fotolar
23.06.2018, 22:36

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi - Fotolar

İngiltərədə minlərlə insan referendum tələb edir
23.06.2018, 22:29

İngiltərədə minlərlə insan referendum tələb edir

Selcan Nəsiblinin UĞURLU PERFORMANSI
23.06.2018, 22:13

Selcan Nəsiblinin UĞURLU PERFORMANSI

OPEK-dən Rusiyaya təklif
23.06.2018, 21:56

OPEK-dən Rusiyaya təklif

Azərbaycanda tülküyə işgəncə verən gənc cəzalandırıldı - VİDEO
23.06.2018, 21:37

Azərbaycanda tülküyə işgəncə verən gənc cəzalandırıldı - VİDEO

Azərbaycan kəndində saxlanılan erməni əsgərin ETİRAFLARI
23.06.2018, 21:16

Azərbaycan kəndində saxlanılan erməni əsgərin ETİRAFLARI

Dünya Çempionatı-2018: Meksika Cənubi Koreyaya da Almaniyanın aqibətini yaşatdı
23.06.2018, 21:00

Dünya Çempionatı-2018: Meksika Cənubi Koreyaya da Almaniyanın aqibətini yaşatdı

Səfirin oğlu azadlığa buraxıldı
23.06.2018, 20:39

Səfirin oğlu azadlığa buraxıldı

Messi ölümdən son anda döndü
23.06.2018, 20:16

Messi ölümdən son anda döndü

Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir
23.06.2018, 20:00

Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir

Dünya Çempionatı-2018: 7 qol vurulan oyunda Belçika qalib oldu, Video
23.06.2018, 19:22

Dünya Çempionatı-2018: 7 qol vurulan oyunda Belçika qalib oldu, Video

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi   
23.06.2018, 19:00

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi  

Buraxılış imtahanlarının nəticələri elan olundu - 36 şagird qovuldu, 850-si imtahana gəlmədi
23.06.2018, 18:48

Buraxılış imtahanlarının nəticələri elan olundu - 36 şagird qovuldu, 850-si imtahana gəlmədi

Türkiyənin F-16 tipli təyyarələri Bakıda
23.06.2018, 17:51

Türkiyənin F-16 tipli təyyarələri Bakıda

"Sınıq Körpü"də ticarət daha da asanlaşacaq
23.06.2018, 17:47

"Sınıq Körpü"də ticarət daha da asanlaşacaq

Şirvan sakini öz həmyerlisini qətlə yetirdi
23.06.2018, 17:45

Şirvan sakini öz həmyerlisini qətlə yetirdi

Hasar üstündə dava düşdü - 27 yaşlı oğlan baltalandı
23.06.2018, 17:29

Hasar üstündə dava düşdü - 27 yaşlı oğlan baltalandı

Cəbhədəki əməliyyat şəraiti tam nəzarət altındadır - RƏSMİ
23.06.2018, 17:24

Cəbhədəki əməliyyat şəraiti tam nəzarət altındadır - RƏSMİ

Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında - FOTOLAR
23.06.2018, 17:05

Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında - FOTOLAR

Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışı keçirildi
23.06.2018, 16:43

Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışı keçirildi

Dəniz nəqliyyatı işçiləri mükafatlandırıldı
23.06.2018, 16:33

Dəniz nəqliyyatı işçiləri mükafatlandırıldı

Vikipediya könüllüləri Ordu gününə öz töhfəsini verdilər - VİDEO   
23.06.2018, 16:32

Vikipediya könüllüləri Ordu gününə öz töhfəsini verdilər - VİDEO  

Prezident ona “Əməkdar mühəndis” fəxri adı verdi
23.06.2018, 16:31

Prezident ona “Əməkdar mühəndis” fəxri adı verdi

Magistraturaya müsabiqənin nəticələri açıqlandı
23.06.2018, 16:26

Magistraturaya müsabiqənin nəticələri açıqlandı

 “Ərdoğan prezident seçilməyə bilər” – Azərbaycandakı partiyalardan PROQNOZ
23.06.2018, 16:01

 “Ərdoğan prezident seçilməyə bilər” – Azərbaycandakı partiyalardan PROQNOZ

Maşınqayırma sənayesi işçiləri təltif olundu - SİYAHI
23.06.2018, 15:41

Maşınqayırma sənayesi işçiləri təltif olundu - SİYAHI

Prezident Mozambik, Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik etdi
23.06.2018, 15:16

Prezident Mozambik, Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik etdi

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.4%)
Braziliya(23.8%)
Almaniya(10.4%)
İngiltərə(2.48%)
Portuqaliya(11.9%)
İspaniya(5.97%)
Fransa(4.97%)
Belçika(2.48%)
Seneqal(3.48%)
Rusiya(21.8%)