Modern.az

Daşqınlarda 68 nəfər öldü

Daşqınlarda 68 nəfər öldü

15 Oktyabr 2017, 12:10

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.

Məlumata görə, daha 34 nəfər itkin düşüb.

Qeyd edək ki, güclü yağış və daşqınlar 200 evin dağılmasına səbəb olub, 30 mindən çox ev su altında qalıb. Thanhoa, Nqean və Hatin kimi mərkəzi vilayətlərdə 5 mindən çox ailə evlərini tərk etməyə məcbur olub. Daşqın zonasından insanların təxliyəsi davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır