Modern.az

Somalidə dəhşətli terror - 276 ölü, 300 yaralı - YENİLƏNİB

Somalidə dəhşətli terror - 276 ölü, 300 yaralı - YENİLƏNİB

Dünya

16 Oktyabr 2017, 08:37

Ötən gün Somalidə törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Moqadişodakı partlayışda 189 nəfər ölüb, 200 nəfər yaralanıb.

Qeyd edək ki, mehmanxanalardan birinin binası yaxınlığında minalanmış yük maşını partladılıb. Bu, son illər Somalidə törədilmiş ən böyük terror aktlarından biridir. Bəzi məlumatlara görə, ərazidə ən azı iki partlayış baş verib. Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

***

Somalinin paytaxtı Moqadişoda yük avtomobilinin partladılması nəticəsində ölənlərin sayı 276 nəfərə çatıb, təqribən 300 nəfər isə yaralanıb.

Modern.az RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə Somalinin informasiya naziri Əbdürrəhman Osman məlumat verib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı