Modern.az

TürkPA əməkdaşları QİƏT PA-da təcrübə keçəcəklər

TürkPA əməkdaşları QİƏT PA-da təcrübə keçəcəklər

18 Noyabr 2009, 17:30

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Ramil Həsənov bu yaxınlarda Türkiyə və Qazaxıstanda  səfərdə olub. Modern.az saytına açıqlamasında baş katib qeyd edib ki, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏTPA) katibliyinin rəhbəri Aleksey Kudryakinlə keçirilmiş görüşdə TürkPA ilə QİƏTPA arasında qarşılıqlı əməkdaşlığın perspektivləri, birgə beynəlxalq tədbirlərin təşkili və s. məsələlər müzakirə oludu: “TürkPA-nın əməkdaşlarının QİƏTPA-da təcrübə keçmələri qərara alındı, hər iki qurumun nümayəndələrinin beynəlxalq tədbirlərdə qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqe nümayiş etdirmələrinin vacibliyi vurğulandı”.

R.Həsənov Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahinlə də görüşüb. Onun sözlərinə görə, bu görüşdə TürkPA-nın 2010-cu il üçün işlər planı, türkdilli ölkələr arasında qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və digər məsələlər geniş müzakirə olunub: “Mehmet Şahin TBMM-in 2010-cu ildə keçiriləcək 90 illik yubileyi ərəfəsində Dünya Türkcə Danışan Ölkələrin Parlamentarilərinin birinci konqresinin keçirilməsini təklif etdi. Bu tədbirin TürkPA katibliyi tərəfindən təşkil olunması qərara alındı”.

R.Həsənov katibliyin gələn il üçün tədbirlər planını müzakirə etmək üçün Astanada Qazaxıstan Senatının sədri Qasımcomərd Tokayevlə görüşüb. Q.Tokayev TürkPA-nın yaradılmasının ölkəsində yüksək qiymətləndirildiyini bildirib və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşkilatın fəaliyyətinə hərtərəfli dəstək verdiyini diqqətə çatdırıb.

Qazaxıstanda keçirilmiş görüşlərdə TürkPA-nın katibliyinin təşkilatçılığı ilə gələn ilin ortalarında daha bir beynəlxallq konfransın keçirilməsi barədə razılıq əldə olunub. TürkPA-ya üzv ölkələrin beynəlxalq təşkilatlarda təmsil olunan parlamentarilərinin fəaliyyətinin koordinasiya edilməsi məqsədilə hazırlanacaq yeni strategiya da bu konfransda müzakirə olunacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?