Modern.az

İŞİD anbarlarında ABŞ silahı aşkarlandı

İŞİD anbarlarında ABŞ silahı aşkarlandı

Dünya

16 Oktyabr 2017, 00:04

Suriya ordusunun azad etdiyi Mayadin şəhərindəki İŞİD-ə aid anbarlarda xeyli sayda silah-sursat aşkarlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, aşkarlanan silahlar arasında ABŞ istehsalı olan silahlar da olub.

Suriya ordusunun polkovniki Rəhmi Mauvasın sözlərinə görə, aşkarlanan silah anbarları həqiqətən də çox böyükdür: "Gördüyüm silahların miqdarı məni xeyli təəccübləndirdi. Burada İsrail ABŞ, Qərb və Şərq ölkələrində istehsal olunan yüzlərlə, hətta minlərlə silah var”,- deyə o bildirib.

 

Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi əməliyyat nəticəsində Mayadindəki İŞİD terror qruplaşmasının zərərsizləşdirildiyini və şəhərin tamamilə azad edildiyini açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır