21 avqust 2018, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - “Qadın kaloniyası”nın körpə “məhkumlar”ı...    
“Qadın kaloniyası”nın körpə “məhkumlar”ı...    
16.10.2017, 09:28

Azərbaycanda müxtəlif cinayətlər törədərək cəzaçəkmə müəssisələrinə düşən qadın məhkumların sayı artıb. Bu barədə Modern.az-a 4 saylı cəzaçəkmə müəssisəsindəki qadın məhkumlarla görüşdən sonra Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

Azərbaycanda qadın məhkumların sayı artıb

Ə.Nuriyevin sözlərinə görə, qadın məhkumların sayı 470 nəfəri keçib:

“Bu görüşdə məqsəd Konstitusiya Araşdırmaları Fondunun adından gənclər tərəfindən toplanmış100-dən çox kitabın qadınlara təqdim edilməsi idi. Eyni zamanda, onların problemlərilə maraqlandıq. Onların əsas problemi azadlığa çıxandan sonrakı həyata başlaması ilə bağlıdır. Bizi narahat edən məsələ qadın məhkumların sayının artmasıdır. Hazırda onların sayı 470 nəfəri keçib. Buna baxmayaraq, cəza çəkmə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar yoxdur.

Məhkumların hamısı 18 yaşdan yuxarı olanlardır. Qadınlar əsasən, dələduzluq, oğurluq, narkotik maddələrin istifadəsi və dövriyyəsi, insan alveri maddələrilə cəza çəkirlər. Onlar arasında adam öldürməyə görə azadlıqdan məhrum edilənlər də var. Bakı şəhəri Xətai rayonunda yerləşən qarışıq rejimli 4 saylı cəzaçəkmə müəssisəsi  daha çox “Qadın kaloniyası” kimi məşhurlaşıb. Burada həm ciddi, həm də ümumi rejimdə cəza çəkən məhkumlar saxlanılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, qaydalara riayət etməyən qadınları Qobustan həbsxanasına da köçürə bilərlər. Hazırda Qobustanda cəza çəkən xanımlar yoxdur. Yaş fərqi müxtəlifdir. Onlar arasında gənclər və yaşı 60-dan yuxarı olan qadınlar da var. Bildiyiniz kimi, Azərbaycanda qadınlara qarşı ömürlük azadlıqdan məhrumetmə cəzası yoxdur”.

 

3 yaşına qədər məhbus həyatı yaşayan körpələr...


Hüquq müdafiəçisi bildirib ki, koloniyada himayələrindəki uşaqlarla birlikdə cəza çəkən 3 məhkum qadın var:

“3 yaşına qədər uşaqlar anası ilə birlikdə cəzaçəkmə müəssisəsində qala bilər. Ana və uşaq onlar üçün müəyyənləşdirilmiş yataqxanada qalırlar. Uşaq 3 yaşından sonra ya yaxın qohumlarına ya da uşaq evlərinə verilir”.

Ə.Nuriyev deyib ki, cəzaçəkmə müəssisəsində qadınların asudə vaxtının səmərəli təşkili də nəzərdə tutulub:

“Belə ki, qadınlar xalça sexində çalışırlar. Eyni zamanda, buradakı gözəllik salonundan istifadə edirlər. Həmçinin, koloniyadakı qadın dram dərnəyinə gedirlər. Qadınların saxlanma şəraiti və qidalanması çox yaxşıdır”.

 

Xarici ölkədən olan qadınlar - fahişəlik, narkotik maddə...

 

Müsahibimizin sözlərinə görə, bu müəssisədə həm də xarici ölkələrdən olan qadınlar cəza çəkir:

“Onlar əsasən, narkotik maddə, fahişəliyə cəlb etmə, kontrabanda ilə bağlı cəza alıblar. Onların ekstradisiyası nəzərdə tutulmur. Vətəndaşlığı olan dövlətin müvafiq qurumlarının Azərbaycan tərəfinə müraciəti əsasında xarici məhkumların köçürülmə məsələsinə baxıla bilər. Belə hallar olub. Ötən illər ərzində İran İslam Respublikası, Türkiyə, Özbəkistan vətəndaşları olan qadınlar aid olduqları ölkəyə köçürülüb”.

 

“Qadınların əksəriyyəti peşmandır”

Ə.Nuriyev qeyd edib ki, qadınlar arasında təkrar cinayət törədənlər çox azdır:

“Onların əksəriyyəti əməlinə görə peşmanlıq duyur. Ədliyyə Nazirliyinin göstərişilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli müəssisəyə keçirilmə institutu geniş tətbiq olunur. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya yaradılıb.  Komissiya üzvləri tərəfindən ayrı-ayrı məhkumların işləri öyrənilir. O şəxslər ki, cəzaçəkmə müddətində özlərini yaxşı aparır, əməyə meyllilik var, pis vərdişlərdən uzaqlaşma hiss olunur, onlar barədə müsbət mülahizə verilərək, vaxtından əvvəl azad edilməsinə baxılması təklif edilir. Məhkəmə tərəfindən də həmin şəxslərin işlərinə baxılarkən təqdim edilmiş mülahizələrin 90 faizi təsdiq olunur. Çünki bu, hərtərəfli araşdırmanın nəticəsidir. Yəni azadlığa çıxma işləri də sürətlənib. Qadınlar arasında təkrar cinayət törədənlər çox deyil .Təkrar cinayət törədənlər, əsasən, oğurluq, dələduzluq, insan alverilə həbs edilənlərdir”.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu
21.08.2018, 17:56

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb
21.08.2018, 17:50

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb

Lavrov sanksiyalardan danışdı
21.08.2018, 17:40

Lavrov sanksiyalardan danışdı

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ
21.08.2018, 17:35

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ

Nazir rektorla görüşdü
21.08.2018, 17:24

Nazir rektorla görüşdü

Azercell beynəlxalq qurumların diqqətində   
21.08.2018, 17:21

Azercell beynəlxalq qurumların diqqətində  

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
21.08.2018, 17:17

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR
21.08.2018, 17:12

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR

Döyüş təyyarəsi quşla toqquşdu
21.08.2018, 17:09

Döyüş təyyarəsi quşla toqquşdu

Hindistanda 1 milyon insan təxliyə olundu
21.08.2018, 17:07

Hindistanda 1 milyon insan təxliyə olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21.08.2018, 17:02

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır
21.08.2018, 16:38

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ
21.08.2018, 16:33

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ

Yarmarkalar bu gündən fəaliyyətə başlayır
21.08.2018, 16:24

Yarmarkalar bu gündən fəaliyyətə başlayır

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək   
21.08.2018, 16:23

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək  

Sözün sayəsində dünyanı dolaşdım
21.08.2018, 16:18

Sözün sayəsində dünyanı dolaşdım

Texniki baxışdan keçməyən 122 sürücü cərimələndi
21.08.2018, 16:00

Texniki baxışdan keçməyən 122 sürücü cərimələndi

S-400-lər Türkiyəyə vaxtında çatdırılacaq
21.08.2018, 15:43

S-400-lər Türkiyəyə vaxtında çatdırılacaq

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanıldı
21.08.2018, 15:39

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanıldı

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı
21.08.2018, 15:38

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

Kanadanın baş naziri yenə seçkilərə qatılacaq
21.08.2018, 15:16

Kanadanın baş naziri yenə seçkilərə qatılacaq

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR
21.08.2018, 15:16

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı
21.08.2018, 15:02

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı

ARXİV